Surə 51 Əz-Zəriyət (Zəriyət)

  1. وَفِي أَنْفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ

    Sizin özünüzdə də (dəlillər var). Məgər görmürsünüz?!

    51:21
  2. وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ

    Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.

    51:22
  3. فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِثْلَ مَا أَنَّكُمْ تَنْطِقُونَ

    Göyün və yerin Rəbbinə and olsun ki, bu (vəd) sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.

    51:23
  4. هَلْ أَتَاكَ حَدِيثُ ضَيْفِ إِبْرَاهِيمَ الْمُكْرَمِينَ

    İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?

    51:24
  5. إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ قَوْمٌ مُنْكَرُونَ

    Onlar onun yanına daxil olub: «(Sənə) salam olsun!» – dedilər. (İbrahim:) «Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!» – dedi.

    51:25
  6. فَرَاغَ إِلَىٰ أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍ

    O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov (qızardıb) gətirdi.

    51:26
  7. فَقَرَّبَهُ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ

    Onu onların qabağına qoyub dedi: «Yemək yemirsinizmi?»

    51:27
  8. فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَامٍ عَلِيمٍ

    O, (qonaqların yemədiklərini görüb) onlardan qorxuya düşdü. Onlar: «Qorxma!» – dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.

    51:28
  9. فَأَقْبَلَتِ امْرَأَتُهُ فِي صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ

    Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: «Axı mən sonsuz qoca qarıyam!»

    51:29
  10. قَالُوا كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُ هُوَ الْحَكِيمُ الْعَلِيمُ

    Onlar dedilər: «Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, Biləndir!»

    51:30
  11. قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ

    (İbrahim) dedi: «Sizin vəzifəniz nədir, ey elçilər?»

    51:31
  12. قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُجْرِمِينَ

    Onlar dedilər: «Biz günahkar bir qövmə göndərilmişik ki,

    51:32
  13. لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِنْ طِينٍ

    onların üstünə gildən daşlar yağdıraq –

    51:33
  14. مُسَوَّمَةً عِنْدَ رَبِّكَ لِلْمُسْرِفِينَ

    həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş (daşlar!)»

    51:34
  15. فَأَخْرَجْنَا مَنْ كَانَ فِيهَا مِنَ الْمُؤْمِنِينَ

    Biz orada olan möminləri (o kənddən) çıxartdıq.

    51:35
  16. فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِنَ الْمُسْلِمِينَ

    Lakin orada bir evdən başqa müsəlman tapmadıq.

    51:36
  17. وَتَرَكْنَا فِيهَا آيَةً لِلَّذِينَ يَخَافُونَ الْعَذَابَ الْأَلِيمَ

    Biz ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.

    51:37
  18. وَفِي مُوسَىٰ إِذْ أَرْسَلْنَاهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَانٍ مُبِينٍ

    Musanın əhvalatında da (ibrət) var. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.

    51:38
  19. فَتَوَلَّىٰ بِرُكْنِهِ وَقَالَ سَاحِرٌ أَوْ مَجْنُونٌ

    (Firon) öz camaatı ilə birlikdə üz çevirib: «Bu sehrbazdır, ya da dəlidir!» – dedi.

    51:39
  20. فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ وَهُوَ مُلِيمٌ

    Biz (Fironu) və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.

    51:40

Tərcümə: Əlixan Musayev