Surə 6 Əl-Ənam (Ənam), ayə 11 – 20

  1. قُلْ سِيرُوا فِي الْأَرْضِ ثُمَّ انْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ

    De: «Yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə oldu».

    6:11
  2. قُلْ لِمَنْ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قُلْ لِلَّهِ ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ الرَّحْمَةَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ ۚ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ

    De: «Göylərdə və yerdə olanlar kimə məxsusdur?» De: «Allaha məxsusdur!» (Allah) (yaratdıqlarına qarşı) rəhmli olmağı Özünə vacib etmişdir. (Gələcəyinə) şübhə edilməyən Qiyamət günündə sizi (bir yerə) O toplayacaqdır. Özlərini ziyana uğradanlar gəldikdə isə, onlar iman gətirməzlər.

    6:12
  3. وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

    Gecədə və gündüzdə mövcud olanların hamısı Onundur. O, Eşidəndir, Biləndir.

    6:13
  4. قُلْ أَغَيْرَ اللَّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ ۗ قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ ۖ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ

    De: «Göyləri və yeri yaradan, (hamını) yedirdiyi halda, Özü yedirilməyən Allahdan başqasınımı dost tutacağam?» De: «Mənə müsəlman olanların ilki olmaq əmr edildi və müşriklərdən olma [deyildi].»

    6:14
  5. قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ

    De: «Əgər Rəbbimə asi olsam, əzəmətli günün əzabından qorxaram.»

    6:15
  6. مَنْ يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ ۚ وَذَٰلِكَ الْفَوْزُ الْمُبِينُ

    O gün kim əzabdan qurtularsa, həqiqətən, (Allah) ona rəhm etmişdir. Açıq-aydın qurtuluş da budur.

    6:16
  7. وَإِنْ يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ ۖ وَإِنْ يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

    Əgər Allah sənə bir zərər toxundursa, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Və əgər sənə bir xeyir yetirsə, (heç kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir.

    6:17
  8. وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ

    O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Hikmət sahibidir, (hər şeydən) Xəbərdardır.

    6:18
  9. قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادَةً ۖ قُلِ اللَّهُ ۖ شَهِيدٌ بَيْنِي وَبَيْنَكُمْ ۚ وَأُوحِيَ إِلَيَّ هَٰذَا الْقُرْآنُ لِأُنْذِرَكُمْ بِهِ وَمَنْ بَلَغَ ۚ أَئِنَّكُمْ لَتَشْهَدُونَ أَنَّ مَعَ اللَّهِ آلِهَةً أُخْرَىٰ ۚ قُلْ لَا أَشْهَدُ ۚ قُلْ إِنَّمَا هُوَ إِلَٰهٌ وَاحِدٌ وَإِنَّنِي بَرِيءٌ مِمَّا تُشْرِكُونَ

    De: «Şahidlik baxımından hansı şey daha böyükdür?» De: «Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə, onunla sizi və onun yetişəcəyi hər kəsi xəbərdar etməyim üçün vəhy olundu. Yoxsa siz Allahla yanaşı başqa məbudlar olduğuna şahidlik edirsiniz?» De: «Mən (buna) şahidlik etmərəm!» De: «O ancaq tək bir İlahdır. Doğrusu, mən sizin şərik qoşduqlarınızdan uzağam.»

    6:19
  10. الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَعْرِفُونَهُ كَمَا يَعْرِفُونَ أَبْنَاءَهُمُ ۘ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ

    Özlərinə Kitab verdiyimiz kəslər (Muhəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərini ziyana uğradanlar, sözsüz ki, iman gətirməzlər.

    6:20

Tərcümə: Əlixan Musayev