Surə 70 Əl-Məaric (Məaric), ayə 1 – 18
-
سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ
İstəyən kimsə baş verəcək əzabı istədi –
70:1 -
لِلْكَافِرِينَ لَيْسَ لَهُ دَافِعٌ
(bunu) kafirlər üçün (dilədi). (O əzabın) qarşısını alan tapılmayacaq.
70:2 -
مِنَ اللَّهِ ذِي الْمَعَارِجِ
(O,) dərəcələr sahibi olan Allahdandır.
70:3 -
تَعْرُجُ الْمَلَائِكَةُ وَالرُّوحُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ
Mələklər və Ruh (Cəbrail) (Allaha) doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.
70:4 -
فَاصْبِرْ صَبْرًا جَمِيلًا
Sən təmkinlə səbir et!
70:5 -
إِنَّهُمْ يَرَوْنَهُ بَعِيدًا
Doğrusu, (kafirlər) o (əzabın) uzaq olduğunu güman edirlər.
70:6 -
وَنَرَاهُ قَرِيبًا
Biz isə onun yaxın olduğunu görürük.
70:7 -
يَوْمَ تَكُونُ السَّمَاءُ كَالْمُهْلِ
O gün göy əridilmiş metal kimi olacaq.
70:8 -
وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ
Dağlar da (didilmiş) yuna bənzəyəcək.
70:9 -
وَلَا يَسْأَلُ حَمِيمٌ حَمِيمًا
Dost dostun halını xəbər almayacaq.
70:10 -
يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ
(Halbuki) onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,
70:11 -
وَصَاحِبَتِهِ وَأَخِيهِ
həyat yoldaşını və qardaşını,
70:12 -
وَفَصِيلَتِهِ الَّتِي تُؤْوِيهِ
ona sığınacaq vermiş nəslini
70:13 -
وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنْجِيهِ
və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin.
70:14 -
كَلَّا ۖ إِنَّهَا لَظَىٰ
Xeyr! Bu, alovu (şölələnən) Oddur –
70:15 -
نَزَّاعَةً لِلشَّوَىٰ
başın dərisini sıyırıb çıxaran (bir od).
70:16 -
تَدْعُو مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ
(O od) çağırır (haqqa) arxa çevirəni, (ondan) üz döndərəni
70:17 -
وَجَمَعَ فَأَوْعَىٰ
və (mal-dövlət) yığıb saxlayanı.
70:18
Tərcümə: Əlixan Musayev