Surə 77 Əl-Mursəlat (Mursəlat)
-
فَجَعَلْنَاهُ فِي قَرَارٍ مَكِينٍ
Biz onu möhkəm bir yerdə yerləşdirmədikmi –
77:21 -
إِلَىٰ قَدَرٍ مَعْلُومٍ
məlum bir vaxta kimi?
77:22 -
فَقَدَرْنَا فَنِعْمَ الْقَادِرُونَ
Biz (nütfəni yaratmağa) qadir olduq. Nə gözəl Qadir olanlarıq (Biz)!
77:23 -
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
77:24 -
أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًا
Məgər Biz yeri məskən etmədikmi –
77:25 -
أَحْيَاءً وَأَمْوَاتًا
dirilər və ölülərə?
77:26 -
وَجَعَلْنَا فِيهَا رَوَاسِيَ شَامِخَاتٍ وَأَسْقَيْنَاكُمْ مَاءً فُرَاتًا
Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi?
77:27 -
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
77:28 -
انْطَلِقُوا إِلَىٰ مَا كُنْتُمْ بِهِ تُكَذِّبُونَ
(Onlara belə deyiləcək): «Gedin yalan hesab etdiyiniz (Cəhənnəmə!)
77:29 -
انْطَلِقُوا إِلَىٰ ظِلٍّ ذِي ثَلَاثِ شُعَبٍ
Üç qola ayrılan kölgəliyə gedin!»
77:30 -
لَا ظَلِيلٍ وَلَا يُغْنِي مِنَ اللَّهَبِ
Ora nə kölgə salır, nə də alovdan qoruyur.
77:31 -
إِنَّهَا تَرْمِي بِشَرَرٍ كَالْقَصْرِ
(Cəhənnəm) hər biri hündür bir imarət həcmində qığılcımlar püskürür.
77:32 -
كَأَنَّهُ جِمَالَتٌ صُفْرٌ
Onlar sanki qara dəvələrdir.
77:33 -
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
77:34 -
هَٰذَا يَوْمُ لَا يَنْطِقُونَ
Bu, (günahkarların) danışa bilməyəcəkləri bir gündür.
77:35 -
وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ
Onlara üzrxahlıq üçün izin belə verilməyəcək.
77:36 -
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
77:37 -
هَٰذَا يَوْمُ الْفَصْلِ ۖ جَمَعْنَاكُمْ وَالْأَوَّلِينَ
Bu (gün), (haqqı batildən) ayırd etmə günüdür. (Ey kafirlər!) Biz həm sizi, həm də əvvəlkiləri (bir yerə) cəm etdik!
77:38 -
فَإِنْ كَانَ لَكُمْ كَيْدٌ فَكِيدُونِ
Əgər hiyləniz varsa, Mənə qarşı işlədin!
77:39 -
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
77:40
Tərcümə: Əlixan Musayev