Surə 77 Əl-Mursəlat (Mursəlat)

  1. إِنَّ الْمُتَّقِينَ فِي ظِلَالٍ وَعُيُونٍ

    Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında

    77:41
  2. وَفَوَاكِهَ مِمَّا يَشْتَهُونَ

    və istədikləri meyvələr içində olacaqlar.

    77:42
  3. كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا كُنْتُمْ تَعْمَلُونَ

    (Onlara deyiləcək): «(Xeyirxah) əməllərinizə görə nuşcanlıqla yeyin-için!

    77:43
  4. إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ

    Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!»

    77:44
  5. وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ

    O gün (Qiyaməti) yalan sayanların vay halına!

    77:45
  6. كُلُوا وَتَمَتَّعُوا قَلِيلًا إِنَّكُمْ مُجْرِمُونَ

    Kafirlərə deyiləcək: «Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarsınız!

    77:46
  7. وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ

    (Qiyaməti) yalan sayanların o gün vay halına!

    77:47
  8. وَإِذَا قِيلَ لَهُمُ ارْكَعُوا لَا يَرْكَعُونَ

    Onlara: «Rüku edin!» – deyildiyi zaman rüku etməzlər.

    77:48
  9. وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ

    O gün (Qiyaməti) yalan sayanların vay halına!

    77:49
  10. فَبِأَيِّ حَدِيثٍ بَعْدَهُ يُؤْمِنُونَ

    Onlar bu (Qurandan) sonra hansı sözə inanacaqlar?!

    77:50

Tərcümə: Əlixan Musayev