Surə 79 Ən-Naziat (Naziat), ayə 1 – 26
-
وَالنَّازِعَاتِ غَرْقًا
And olsun (kafirlərin canını) zorla alanlara!
79:1 -
وَالنَّاشِطَاتِ نَشْطًا
And olsun (möminlərin canını) rahatlıqla alanlara!
79:2 -
وَالسَّابِحَاتِ سَبْحًا
And olsun (göydə) üzdükcə üzənlərə!
79:3 -
فَالسَّابِقَاتِ سَبْقًا
And olsun ötdükcə ötənlərə!
79:4 -
فَالْمُدَبِّرَاتِ أَمْرًا
And olsun buyruqları yerinə yetirənlərə!
79:5 -
يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ
O gün lərzəyə gələn lərzələnəcək,
79:6 -
تَتْبَعُهَا الرَّادِفَةُ
onun ardınca təkrar lərzələnəcək.
79:7 -
قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ
Həmin gün qəlblər (qorxudan) tir-tir əsəcək.
79:8 -
أَبْصَارُهَا خَاشِعَةٌ
Bu qəlb (sahiblərinin) gözləri zəlil görkəm alacaq.
79:9 -
يَقُولُونَ أَإِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ
Onlar deyirlər: «Yəni biz (yenidən) bundan qabaqkı halımıza döndəriləcəyik?
79:10 -
أَإِذَا كُنَّا عِظَامًا نَخِرَةً
Sümüklərimiz çürüdükdən sonra?»
79:11 -
قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ
Onlar dedilər: «Belə olduğu halda bu, ziyanlı bir qayıdışdır».
79:12 -
فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ
O (surun üfürülməsi) təkcə qorxunc bir səsdir.
79:13 -
فَإِذَا هُمْ بِالسَّاهِرَةِ
(O vaxt) onlar ləngimədən (qəbirlərindən) yerin səthinə çıxacaqlar.
79:14 -
هَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ
Musanın hadisəsi sənə yetişdimi?
79:15 -
إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى
O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi:
79:16 -
اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ
«Fironun yanına get! O, həddini çox aşmışdır.
79:17 -
فَقُلْ هَلْ لَكَ إِلَىٰ أَنْ تَزَكَّىٰ
De: «(Günahlardan) xilas olmaq istəyirsənmi?
79:18 -
وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ
Səni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən?»
79:19 -
فَأَرَاهُ الْآيَةَ الْكُبْرَىٰ
(Musa) ən böyük möcüzəni (Firona) göstərdi.
79:20 -
فَكَذَّبَ وَعَصَىٰ
O isə (haqqı) yalan sayıb asi oldu.
79:21 -
ثُمَّ أَدْبَرَ يَسْعَىٰ
Sonra da üz döndərib (fəsad törətməyə) girişdi.
79:22 -
فَحَشَرَ فَنَادَىٰ
O, (camaatını) toplayıb (onlara hündür səslə müraciət edərək)
79:23 -
فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ
dedi: «Sizin ən uca rəbbiniz mənəm!»
79:24 -
فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَىٰ
(Belə olduqda), Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.
79:25 -
إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِمَنْ يَخْشَىٰ
Həqiqətən, bunda (Allahdan) qorxanlardan ötrü işarə var.
79:26
Tərcümə: Əlixan Musayev