Surə 7 Əl-Əraf (Əraf), ayə 103 – 114

  1. ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِمْ مُوسَىٰ بِآيَاتِنَا إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَظَلَمُوا بِهَا ۖ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ

    Onlardan sonra Musanı möcüzələrimizlə Firon və onun əyanlarına elçi göndərdik. Onlar isə bunu inkar etdilər. Bir gör fəsad törədənlərin aqibəti necə oldu.

    7:103
  2. وَقَالَ مُوسَىٰ يَا فِرْعَوْنُ إِنِّي رَسُولٌ مِنْ رَبِّ الْعَالَمِينَ

    Musa dedi: «Ey Firon! Həqiqətən, mən aləmlərin Rəbbi tərəfindən (göndərilmiş) bir elçiyəm.

    7:104
  3. حَقِيقٌ عَلَىٰ أَنْ لَا أَقُولَ عَلَى اللَّهِ إِلَّا الْحَقَّ ۚ قَدْ جِئْتُكُمْ بِبَيِّنَةٍ مِنْ رَبِّكُمْ فَأَرْسِلْ مَعِيَ بَنِي إِسْرَائِيلَ

    Mənim borcumdur ki, Allah barəsində yalnız həqiqəti deyim. Mən Rəbbinizdən sizə açıq-aydın dəlillər gətirmişəm. Elə isə İsrail oğullarını mənimlə göndər».

    7:105
  4. قَالَ إِنْ كُنْتَ جِئْتَ بِآيَةٍ فَأْتِ بِهَا إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ

    (Firon) dedi: «Əgər möcüzə gətirmisənsə və doğru danışanlardansansa, onu göstər!»

    7:106
  5. فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُبِينٌ

    (Musa) əsasını (yerə) atdı və o, dərhal açıq-aşkar bir ilan oldu.

    7:107
  6. وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاءُ لِلنَّاظِرِينَ

    Əlini (qoynundan) çıxartdı və o, baxanlar üçün ağappaq (parlaq bir əl) oldu.

    7:108
  7. قَالَ الْمَلَأُ مِنْ قَوْمِ فِرْعَوْنَ إِنَّ هَٰذَا لَسَاحِرٌ عَلِيمٌ

    Firon qövmünün əyanları dedilər: «Həqiqətən, bu, bilikli bir sehrbazdır.

    7:109
  8. يُرِيدُ أَنْ يُخْرِجَكُمْ مِنْ أَرْضِكُمْ ۖ فَمَاذَا تَأْمُرُونَ

    O sizi yurdunuzdan çıxartmaq istəyir. Elə isə təklifiniz nədir?»

    7:110
  9. قَالُوا أَرْجِهْ وَأَخَاهُ وَأَرْسِلْ فِي الْمَدَائِنِ حَاشِرِينَ

    Onlar dedilər: «Onu və qardaşını gözlət və şəhərlərə (sehrbazları) toplayan adamlar göndər ki,

    7:111
  10. يَأْتُوكَ بِكُلِّ سَاحِرٍ عَلِيمٍ

    bilikli sehrbazların hamısını sənin yanına gətirsinlər».

    7:112
  11. وَجَاءَ السَّحَرَةُ فِرْعَوْنَ قَالُوا إِنَّ لَنَا لَأَجْرًا إِنْ كُنَّا نَحْنُ الْغَالِبِينَ

    Sehrbazlar Fironun yanına gəlib dedilər: «Əgər qalib gəlsək, doğrudanmı bizim üçün mükafat olacaq?»

    7:113
  12. قَالَ نَعَمْ وَإِنَّكُمْ لَمِنَ الْمُقَرَّبِينَ

    (Firon) dedi: «Bəli, siz (mənə) yaxın adamlardan olacaqsınız».

    7:114

Tərcümə: Əlixan Musayev