Surə 83 Əl-Mutaffifin (Mutaffifin)

  1. يَشْهَدُهُ الْمُقَرَّبُونَ

    onu yalnız (Allaha) yaxın olanlar görürlər!

    83:21
  2. إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ

    Həqiqətən, itaətkarlar nemət içində olacaqlar.

    83:22
  3. عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ

    Onlar taxtlar üstündə seyrə dalacaqlar.

    83:23
  4. تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ

    Sən onların üzündə səadət parlaqlığı görəcəksən.

    83:24
  5. يُسْقَوْنَ مِنْ رَحِيقٍ مَخْتُومٍ

    Onlara möhürlü şərabdan içirdiləcək.

    83:25
  6. خِتَامُهُ مِسْكٌ ۚ وَفِي ذَٰلِكَ فَلْيَتَنَافَسِ الْمُتَنَافِسُونَ

    Onun möhürü müşkdür. Qoy yarışanlar ona (nail olmaq) üçün yarışsınlar!

    83:26
  7. وَمِزَاجُهُ مِنْ تَسْنِيمٍ

    Onun qatışığı təsnim (bulağındandır).

    83:27
  8. عَيْنًا يَشْرَبُ بِهَا الْمُقَرَّبُونَ

    (O təsnim elə) bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.

    83:28
  9. إِنَّ الَّذِينَ أَجْرَمُوا كَانُوا مِنَ الَّذِينَ آمَنُوا يَضْحَكُونَ

    Doğrudan da, günahkarlar iman gətirənlərə gülürdülər,

    83:29
  10. وَإِذَا مَرُّوا بِهِمْ يَتَغَامَزُونَ

    onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər,

    83:30
  11. وَإِذَا انْقَلَبُوا إِلَىٰ أَهْلِهِمُ انْقَلَبُوا فَكِهِينَ

    öz ailələrinin yanına fərəhlə qayıdırdılar,

    83:31
  12. وَإِذَا رَأَوْهُمْ قَالُوا إِنَّ هَٰؤُلَاءِ لَضَالُّونَ

    möminləri gördükdə isə deyirdilər: «Həqiqətən, bunlar azmışlardır!»

    83:32
  13. وَمَا أُرْسِلُوا عَلَيْهِمْ حَافِظِينَ

    Halbuki (bu günahkarlar) onlara gözətçi göndərilməmişdilər.

    83:33
  14. فَالْيَوْمَ الَّذِينَ آمَنُوا مِنَ الْكُفَّارِ يَضْحَكُونَ

    Bu gün isə iman gətirənlər kafirlərə güləcəklər.

    83:34
  15. عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ

    Onlar taxtlar üstündə baxacaqlar.

    83:35
  16. هَلْ ثُوِّبَ الْكُفَّارُ مَا كَانُوا يَفْعَلُونَ

    Kafirlər etdikləri əməllərin cəzasını aldılarmı?!

    83:36

Tərcümə: Əlixan Musayev