Surə 84 Əl-İnşiqaq (İnşiqaq)

  1. إِذَا السَّمَاءُ انْشَقَّتْ

    Göy yarılacağı

    84:1
  2. وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ

    və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;

    84:2
  3. وَإِذَا الْأَرْضُ مُدَّتْ

    Yer dümdüz ediləcəyi,

    84:3
  4. وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ

    içindəkiləri kənara atıb boşalacağı

    84:4
  5. وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ

    və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;

    84:5
  6. يَا أَيُّهَا الْإِنْسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ

    Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!

    84:6
  7. فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ

    Kimin kitabı sağ əlinə veriləcəksə,

    84:7
  8. فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا

    o, yüngül sorğu-suala tutulacaq

    84:8
  9. وَيَنْقَلِبُ إِلَىٰ أَهْلِهِ مَسْرُورًا

    və sevincək öz ailəsinə qayıdacaq!

    84:9
  10. وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاءَ ظَهْرِهِ

    Kimin kitabı arxa tərəfindən veriləcəksə,

    84:10
  11. فَسَوْفَ يَدْعُو ثُبُورًا

    o (özünə) ölüm diləyəcək

    84:11
  12. وَيَصْلَىٰ سَعِيرًا

    və alovlu oda atılacaq!

    84:12
  13. إِنَّهُ كَانَ فِي أَهْلِهِ مَسْرُورًا

    Sözsüz ki, o, (dünyada ikən) öz ailəsində sevinc içində idi

    84:13
  14. إِنَّهُ ظَنَّ أَنْ لَنْ يَحُورَ

    və elə güman edirdi ki, (Rəbbinin hüzuruna) qayıtmayacaq.

    84:14
  15. بَلَىٰ إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًا

    Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.

    84:15
  16. فَلَا أُقْسِمُ بِالشَّفَقِ

    And içirəm şəfəqə,

    84:16
  17. وَاللَّيْلِ وَمَا وَسَقَ

    gecəyə və (onun) ağuşuna aldıqlarına,

    84:17
  18. وَالْقَمَرِ إِذَا اتَّسَقَ

    bədirlənmiş (on dörd gecəlik) aya!

    84:18
  19. لَتَرْكَبُنَّ طَبَقًا عَنْ طَبَقٍ

    Siz mütləq haldan-hala keçib (dəyişəcəksiniz).

    84:19
  20. فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ

    Onlara nə olub ki, iman gətirmirlər

    84:20

Tərcümə: Əlixan Musayev

Surə 84 Əl-İnşiqaq (İnşiqaq)