Surə 85 Əl-Buruc (Buruc), ayə 1 – 10
-
وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ
And olsun bürclərlə dolu göyə!
85:1 -
وَالْيَوْمِ الْمَوْعُودِ
And olsun vədə verilmiş günə!
85:2 -
وَشَاهِدٍ وَمَشْهُودٍ
And olsun şahidlik edənə və edilənə!
85:3 -
قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ
Məhv olsun xəndək sahibləri!
85:4 -
النَّارِ ذَاتِ الْوَقُودِ
Odunla alovlandırılmış (xəndəklər).
85:5 -
إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ
Onlar o xəndəklərin başında oturub,
85:6 -
وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ
möminlərə verdikləri (işgəncələri) seyr edirdilər.
85:7 -
وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَنْ يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ
(Kafirlər) onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
85:8 -
الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ
Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir.
85:9 -
إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ
O kəslər ki, mömin kişi və qadınları (yandırmaqla) sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır.
85:10
Tərcümə: Əlixan Musayev