Surə 85 Əl-Buruc (Buruc), ayə 1 – 22
-
وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ
And olsun bürclərlə dolu göyə!
85:1 -
وَالْيَوْمِ الْمَوْعُودِ
And olsun vədə verilmiş günə!
85:2 -
وَشَاهِدٍ وَمَشْهُودٍ
And olsun şahidlik edənə və edilənə!
85:3 -
قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ
Məhv olsun xəndək sahibləri!
85:4 -
النَّارِ ذَاتِ الْوَقُودِ
Odunla alovlandırılmış (xəndəklər).
85:5 -
إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ
Onlar o xəndəklərin başında oturub,
85:6 -
وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ
möminlərə verdikləri (işgəncələri) seyr edirdilər.
85:7 -
وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَنْ يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ
(Kafirlər) onlardan yalnız Qüdrətli, Tərifəlayiq Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
85:8 -
الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ
Halbuki, göylərdə və yerdə mütləq hakimiyyət Ona məxsusdur. Allah hər şeyə Şahiddir.
85:9 -
إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ
O kəslər ki, mömin kişi və qadınları (yandırmaqla) sınağa çəkmiş, sonra da tövbə etməmişlər, onlara Cəhənnəm əzabı və onları yandırıb-yaxacaq od əzabı hazırlanmışdır.
85:10 -
إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيرُ
Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər üçün altından çaylar axan cənnətlər var. Bu, böyük uğurdur.
85:11 -
إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ
Doğrudan da, Rəbbinin (günahkarları) yaxalaması çox şiddətlidir!
85:12 -
إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ
Həqiqətən, O, (hər şeyi) ilkin yaradır və (onu yenidən) bərpa edir!
85:13 -
وَهُوَ الْغَفُورُ الْوَدُودُ
Bağışlayan da, Sevən də Odur!
85:14 -
ذُو الْعَرْشِ الْمَجِيدُ
Ərşin sahibidir, Şan-şöhrətlidir!
85:15 -
فَعَّالٌ لِمَا يُرِيدُ
İstədiyini edəndir.
85:16 -
هَلْ أَتَاكَ حَدِيثُ الْجُنُودِ
Qoşunlar haqqında əhvalat sənə gəlib çatıbmı?
85:17 -
فِرْعَوْنَ وَثَمُودَ
Firon və Səmud (qoşunlarının).
85:18 -
بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍ
Xeyr, küfr edənlər (haqqı) yalan saymaqdadırlar.
85:19 -
وَاللَّهُ مِنْ وَرَائِهِمْ مُحِيطٌ
Allah (onları) arxadan əhatə etmişdir.
85:20 -
بَلْ هُوَ قُرْآنٌ مَجِيدٌ
Bəli, bu şanlı Qurandır.
85:21 -
فِي لَوْحٍ مَحْفُوظٍ
O, mühafizə edilən lövhədədir.
85:22
Tərcümə: Əlixan Musayev