Mushaf, səhifə 326
-
قُلْ إِنَّمَا أُنْذِرُكُمْ بِالْوَحْيِ ۚ وَلَا يَسْمَعُ الصُّمُّ الدُّعَاءَ إِذَا مَا يُنْذَرُونَ
De: «Mən sizi ancaq vəhy ilə (qabaqcadan) xəbərdar edirəm». Karlar xəbərdar edilsələr də, çağırışı eşitməzlər.
21:45 -
وَلَئِنْ مَسَّتْهُمْ نَفْحَةٌ مِنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ
Əgər onlara Rəbbinin əzabından bir yel belə toxunsa, onlar mütləq: «Vay halımıza! Biz, həqiqətən də, zalım olmuşuq» – deyərlər.
21:46 -
وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا ۖ وَإِنْ كَانَ مِثْقَالَ حَبَّةٍ مِنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا ۗ وَكَفَىٰ بِنَا حَاسِبِينَ
Biz Qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.
21:47 -
وَلَقَدْ آتَيْنَا مُوسَىٰ وَهَارُونَ الْفُرْقَانَ وَضِيَاءً وَذِكْرًا لِلْمُتَّقِينَ
Biz Furqanı müttəqilərdən ötrü bir nur və öyüd-nəsihət kimi Musaya və Haruna vermişdik.
21:48 -
الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ بِالْغَيْبِ وَهُمْ مِنَ السَّاعَةِ مُشْفِقُونَ
O müttəqilər ki, öz Rəbbindən Onu görmədikləri halda qorxur və (gələcək Qiyamət) saatından lərzəyə gəlirlər.
21:49 -
وَهَٰذَا ذِكْرٌ مُبَارَكٌ أَنْزَلْنَاهُ ۚ أَفَأَنْتُمْ لَهُ مُنْكِرُونَ
Bu, nazil etdiyimiz mübarək bir Zikrdir. Siz onu inkarmı edirsiniz?
21:50 -
وَلَقَدْ آتَيْنَا إِبْرَاهِيمَ رُشْدَهُ مِنْ قَبْلُ وَكُنَّا بِهِ عَالِمِينَ
Biz daha öncə İbrahimə də özünə layiq doğru bir yol bəxş etmişdik. Biz onu tanıyırdıq.
21:51 -
إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا هَٰذِهِ التَّمَاثِيلُ الَّتِي أَنْتُمْ لَهَا عَاكِفُونَ
Bir zaman o öz atasına və tayfasına: «Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?» – demişdi.
21:52 -
قَالُوا وَجَدْنَا آبَاءَنَا لَهَا عَابِدِينَ
Onlar: «Biz atalarımızı onlara ibadət edən görmüşük!» – dedilər.
21:53 -
قَالَ لَقَدْ كُنْتُمْ أَنْتُمْ وَآبَاؤُكُمْ فِي ضَلَالٍ مُبِينٍ
(İbrahim) dedi: «Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz».
21:54 -
قَالُوا أَجِئْتَنَا بِالْحَقِّ أَمْ أَنْتَ مِنَ اللَّاعِبِينَ
Onlar dedilər: «Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?»
21:55 -
قَالَ بَلْ رَبُّكُمْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ الَّذِي فَطَرَهُنَّ وَأَنَا عَلَىٰ ذَٰلِكُمْ مِنَ الشَّاهِدِينَ
(İbrahim) dedi: «Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm.
21:56 -
وَتَاللَّهِ لَأَكِيدَنَّ أَصْنَامَكُمْ بَعْدَ أَنْ تُوَلُّوا مُدْبِرِينَ
Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!»
21:57
Tərcümə: Əlixan Musayev