Mushaf, səhifə 327

  1. فَجَعَلَهُمْ جُذَاذًا إِلَّا كَبِيرًا لَهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ

    (Nəhayət İbrahim) bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr.

    21:58
  2. قَالُوا مَنْ فَعَلَ هَٰذَا بِآلِهَتِنَا إِنَّهُ لَمِنَ الظَّالِمِينَ

    Onlar dedilər: «Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!»

    21:59
  3. قَالُوا سَمِعْنَا فَتًى يَذْكُرُهُمْ يُقَالُ لَهُ إِبْرَاهِيمُ

    (Bəziləri:) «İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik» – dedilər.

    21:60
  4. قَالُوا فَأْتُوا بِهِ عَلَىٰ أَعْيُنِ النَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ

    (Digərləri də:) «Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər» – dedilər.

    21:61
  5. قَالُوا أَأَنْتَ فَعَلْتَ هَٰذَا بِآلِهَتِنَا يَا إِبْرَاهِيمُ

    Onlar dedilər: «Məbudlarımızı sənmi bu kökə saldın, ey İbrahim?»

    21:62
  6. قَالَ بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هَٰذَا فَاسْأَلُوهُمْ إِنْ كَانُوا يَنْطِقُونَ

    (İbrahim) dedi: «Xeyr, bunu onların bu böyüyü etmiş olar. Əgər danışa bilirlərsə, özlərindən soruşun».

    21:63
  7. فَرَجَعُوا إِلَىٰ أَنْفُسِهِمْ فَقَالُوا إِنَّكُمْ أَنْتُمُ الظَّالِمُونَ

    Onlar öz-özlərinə müraciətlə: «Həqiqətən də, siz zalımsınız» – dedilər.

    21:64
  8. ثُمَّ نُكِسُوا عَلَىٰ رُءُوسِهِمْ لَقَدْ عَلِمْتَ مَا هَٰؤُلَاءِ يَنْطِقُونَ

    Sonra yenə öz bildikləri (batil əqidələrinə) qayıdıb dedilər: «Axı sən bilirsən ki, bunlar danışmırlar».

    21:65
  9. قَالَ أَفَتَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُكُمْ شَيْئًا وَلَا يَضُرُّكُمْ

    (İbrahim) dedi: «Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən (bütlərəmi) tapınırsınız?

    21:66
  10. أُفٍّ لَكُمْ وَلِمَا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ ۖ أَفَلَا تَعْقِلُونَ

    Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğrudanmı, siz dərk etmirsiniz?»

    21:67
  11. قَالُوا حَرِّقُوهُ وَانْصُرُوا آلِهَتَكُمْ إِنْ كُنْتُمْ فَاعِلِينَ

    Onlar dedilər: «Əgər (İbrahimdən) əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz».

    21:68
  12. قُلْنَا يَا نَارُ كُونِي بَرْدًا وَسَلَامًا عَلَىٰ إِبْرَاهِيمَ

    Biz: «Ey od! İbrahim üçün sərin və zərərsiz ol!» – dedik.

    21:69
  13. وَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَخْسَرِينَ

    Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq.

    21:70
  14. وَنَجَّيْنَاهُ وَلُوطًا إِلَى الْأَرْضِ الَّتِي بَارَكْنَا فِيهَا لِلْعَالَمِينَ

    Biz onu da, Lutu da (zalımlardan) xilas edib aləmlər üçün bərəkət verdiyimiz yerə gətirdik.

    21:71
  15. وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ نَافِلَةً ۖ وَكُلًّا جَعَلْنَا صَالِحِينَ

    Biz ona İshaqı və bir də Yaqubu bağışlayıb hamısını əməlisaleh insanlar etdik.

    21:72

Tərcümə: Əlixan Musayev