Mushaf, səhifə 330
-
وَالَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهَا مِنْ رُوحِنَا وَجَعَلْنَاهَا وَابْنَهَا آيَةً لِلْعَالَمِينَ
İsmətini qoruyan (Məryəmi də yada sal!) Biz ona Öz ruhumuzdan (Cəbrail vasitəsilə) üfürdük, onu və onun oğlunu aləmlərə bir möcüzə etdik.
21:91 -
إِنَّ هَٰذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاعْبُدُونِ
Həqiqətən, bu, vahid bir din olaraq sizin (hamınızın) dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin!
21:92 -
وَتَقَطَّعُوا أَمْرَهُمْ بَيْنَهُمْ ۖ كُلٌّ إِلَيْنَا رَاجِعُونَ
Lakin onlar özlərinə məxsus dini öz aralarında parçalayıb dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar.
21:93 -
فَمَنْ يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِ وَإِنَّا لَهُ كَاتِبُونَ
Kim mömin olduğu halda yaxşı işlər görsə, onun zəhməti inkar olunmaz. Şübhəsiz ki, Biz onun (əməllərini) yazırıq.
21:94 -
وَحَرَامٌ عَلَىٰ قَرْيَةٍ أَهْلَكْنَاهَا أَنَّهُمْ لَا يَرْجِعُونَ
Məhv etdiyimiz obalara qadağa qoyulmuşdur və onların (əhalisi) (bir daha bu dünyaya) qayıtmayacaqlar.
21:95 -
حَتَّىٰ إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُمْ مِنْ كُلِّ حَدَبٍ يَنْسِلُونَ
Nəhayət, Yəcuc və Məcuc (səddi) açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman;
21:96 -
وَاقْتَرَبَ الْوَعْدُ الْحَقُّ فَإِذَا هِيَ شَاخِصَةٌ أَبْصَارُ الَّذِينَ كَفَرُوا يَا وَيْلَنَا قَدْ كُنَّا فِي غَفْلَةٍ مِنْ هَٰذَا بَلْ كُنَّا ظَالِمِينَ
haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. (Onlar deyəcəklər:) «Vay halımıza! Biz bundan qafil idik. Üstəlik zalım da olmuşuq!»
21:97 -
إِنَّكُمْ وَمَا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ حَصَبُ جَهَنَّمَ أَنْتُمْ لَهَا وَارِدُونَ
(Ey kafirlər!) Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz (mütləq) ora girəcəksiniz.
21:98 -
لَوْ كَانَ هَٰؤُلَاءِ آلِهَةً مَا وَرَدُوهَا ۖ وَكُلٌّ فِيهَا خَالِدُونَ
Əgər bunlar məbud olsaydılar, ora girməzdilər. Halbuki hamısı orada əbədi qalacaq.
21:99 -
لَهُمْ فِيهَا زَفِيرٌ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ
Onlar orada inildəyəcək və (heç nə) eşitməyəcəklər.
21:100 -
إِنَّ الَّذِينَ سَبَقَتْ لَهُمْ مِنَّا الْحُسْنَىٰ أُولَٰئِكَ عَنْهَا مُبْعَدُونَ
Əzəldən özlərinə ən gözəl aqibət yazılmış insanlara gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar.
21:101
Tərcümə: Əlixan Musayev