Mushaf, səhifə 331

  1. قَالَ رَبِّ احْكُمْ بِالْحَقِّ ۗ وَرَبُّنَا الرَّحْمَٰنُ الْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ

    (Peyğəmbər) dedi: «Ey Rəbbim! (Mənimlə kafirlər arasında) ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq Mərhəmətli olan Rəbbimizdən kömək diləmək lazımdır».

    21:112
  2. وَإِنْ أَدْرِي لَعَلَّهُ فِتْنَةٌ لَكُمْ وَمَتَاعٌ إِلَىٰ حِينٍ

    Mən isə bilmirəm, bəlkə də, bu sizi sınaqdan keçirtmək və müəyyən müddət ərzində bu (dünyada) faydalanmağınız üçündür».

    21:111
  3. إِنَّهُ يَعْلَمُ الْجَهْرَ مِنَ الْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ

    Söz yoxdur ki, Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir.

    21:110
  4. فَإِنْ تَوَلَّوْا فَقُلْ آذَنْتُكُمْ عَلَىٰ سَوَاءٍ ۖ وَإِنْ أَدْرِي أَقَرِيبٌ أَمْ بَعِيدٌ مَا تُوعَدُونَ

    Əgər onlar üz döndərsələr, de: «(Mən bu dini) sizə olduğu kimi təbliğ etdim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq olduğunu bilmirəm.

    21:109
  5. قُلْ إِنَّمَا يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ فَهَلْ أَنْتُمْ مُسْلِمُونَ

    De: «Mənə belə vəhy olunur ki, sizin məbudunuz Tək olan İlahdır. Siz müsəlman olacaqsınızmı?»

    21:108
  6. وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ

    Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik.

    21:107
  7. إِنَّ فِي هَٰذَا لَبَلَاغًا لِقَوْمٍ عَابِدِينَ

    Həqiqətən, bunda ibadət edənlər üçün bir bildiriş vardır.

    21:106
  8. وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِنْ بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

    Biz Zikrdən [Lövhi-məhfuzdakı yazıdan] sonra (nazil etdiyimiz) kitablarda da yazmışdıq ki, yer üzünə Mənim əməlisaleh qullarım varis olacaqlar.

    21:105
  9. يَوْمَ نَطْوِي السَّمَاءَ كَطَيِّ السِّجِلِّ لِلْكُتُبِ ۚ كَمَا بَدَأْنَا أَوَّلَ خَلْقٍ نُعِيدُهُ ۚ وَعْدًا عَلَيْنَا ۚ إِنَّا كُنَّا فَاعِلِينَ

    O gün göyü yazılı səhifələrin büküldüyü kimi bükəcəyik. (Məxluqatı) ilk dəfə yaratdığımız kimi yenə əvvəlki halına qaytaracağıq. Biz vəd vermişik. Sözsüz ki, Biz onu yerinə yetirəcəyik.

    21:104
  10. لَا يَحْزُنُهُمُ الْفَزَعُ الْأَكْبَرُ وَتَتَلَقَّاهُمُ الْمَلَائِكَةُ هَٰذَا يَوْمُكُمُ الَّذِي كُنْتُمْ تُوعَدُونَ

    Ən böyük dəhşət onları kədərləndirməyəcək. Mələklər onları qarşılayıb: «Bu sizə vəd olunmuş gününüzdür!» – (deyəcəklər).

    21:103
  11. لَا يَسْمَعُونَ حَسِيسَهَا ۖ وَهُمْ فِي مَا اشْتَهَتْ أَنْفُسُهُمْ خَالِدُونَ

    Onlar onun xışıltısını belə eşitməyəcəklər. Onlar ürəklərinin istədiyi şeylər arasında əbədi qalacaqlar.

    21:102

Tərcümə: Əlixan Musayev