Mushaf, səhifə 448
-
يَقُولُ أَإِنَّكَ لَمِنَ الْمُصَدِّقِينَ
O deyirdi: «Sən də inananlardansan?
37:52 -
أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَدِينُونَ
Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?!»
37:53 -
قَالَ هَلْ أَنْتُمْ مُطَّلِعُونَ
O (sözünə) (davam edib) deyəcək: «Siz (onun harada olduğunu) görmək istəyirsinizmi?»
37:54 -
فَاطَّلَعَ فَرَآهُ فِي سَوَاءِ الْجَحِيمِ
O boylanıb (tanışını) Cəhənnəmin ortasında görəcək
37:55 -
قَالَ تَاللَّهِ إِنْ كِدْتَ لَتُرْدِينِ
və deyəcək: «Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.
37:56 -
وَلَوْلَا نِعْمَةُ رَبِّي لَكُنْتُ مِنَ الْمُحْضَرِينَ
Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım.
37:57 -
أَفَمَا نَحْنُ بِمَيِّتِينَ
Doğrudanmı biz bir daha ölməyəcəyik?
37:58 -
إِلَّا مَوْتَتَنَا الْأُولَىٰ وَمَا نَحْنُ بِمُعَذَّبِينَ
Yalnız ilk ölümümüzdən başqa. Biz əzaba da düçar olmayacağıq.»
37:59 -
إِنَّ هَٰذَا لَهُوَ الْفَوْزُ الْعَظِيمُ
Həqiqətən, bu, böyük uğurdur.
37:60 -
لِمِثْلِ هَٰذَا فَلْيَعْمَلِ الْعَامِلُونَ
Qoy çalışanlar bunun üçün çalışsınlar!
37:61 -
أَذَٰلِكَ خَيْرٌ نُزُلًا أَمْ شَجَرَةُ الزَّقُّومِ
Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı?!
37:62 -
إِنَّا جَعَلْنَاهَا فِتْنَةً لِلظَّالِمِينَ
Biz onu zalımlar üçün bir sınaq etdik.
37:63 -
إِنَّهَا شَجَرَةٌ تَخْرُجُ فِي أَصْلِ الْجَحِيمِ
O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır.
37:64 -
طَلْعُهَا كَأَنَّهُ رُءُوسُ الشَّيَاطِينِ
Onun meyvəsi şeytanların başı kimidir.
37:65 -
فَإِنَّهُمْ لَآكِلُونَ مِنْهَا فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ
(Günahkarlar) ondan yeyib qarınlarını dolduracaqlar.
37:66 -
ثُمَّ إِنَّ لَهُمْ عَلَيْهَا لَشَوْبًا مِنْ حَمِيمٍ
Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir.
37:67 -
ثُمَّ إِنَّ مَرْجِعَهُمْ لَإِلَى الْجَحِيمِ
Sonra onların qayıdacağı yer, əlbəttə ki, Cəhənnəmdir.
37:68 -
إِنَّهُمْ أَلْفَوْا آبَاءَهُمْ ضَالِّينَ
Həqiqətən, onlar ata-babalarını azmış gördülər,
37:69 -
فَهُمْ عَلَىٰ آثَارِهِمْ يُهْرَعُونَ
özləri də tez-tələsik onların izini tutub getdilər.
37:70 -
وَلَقَدْ ضَلَّ قَبْلَهُمْ أَكْثَرُ الْأَوَّلِينَ
Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü.
37:71 -
وَلَقَدْ أَرْسَلْنَا فِيهِمْ مُنْذِرِينَ
Artıq Biz onlara xəbərdar edən (peyğəmbərlər) göndərmişdik.
37:72 -
فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُنْذَرِينَ
Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.
37:73 -
إِلَّا عِبَادَ اللَّهِ الْمُخْلَصِينَ
Yalnız Allahın seçilmiş (səmimi) qullarından başqa.
37:74 -
وَلَقَدْ نَادَانَا نُوحٌ فَلَنِعْمَ الْمُجِيبُونَ
Nuh Bizə yalvarıb yaxardı. Biz (çağırışa) necə də gözəl cavab verənik!
37:75 -
وَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ
Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.
37:76
Tərcümə: Əlixan Musayev