Mushaf, səhifə 449

  1. وَجَعَلْنَا ذُرِّيَّتَهُ هُمُ الْبَاقِينَ

    Təkcə onun nəslini qoruyub saxladıq.

    37:77
  2. وَتَرَكْنَا عَلَيْهِ فِي الْآخِرِينَ

    Sonra gələnlər arasında onun üçün (gözəl xatirə) qoyduq;

    37:78
  3. سَلَامٌ عَلَىٰ نُوحٍ فِي الْعَالَمِينَ

    aləmlər içərisində Nuha salam olsun!

    37:79
  4. إِنَّا كَذَٰلِكَ نَجْزِي الْمُحْسِنِينَ

    Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

    37:80
  5. إِنَّهُ مِنْ عِبَادِنَا الْمُؤْمِنِينَ

    Həqiqətən, o Bizim mömin qullarımızdandır.

    37:81
  6. ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ

    Sonra o birilərini suya qərq etdik.

    37:82
  7. وَإِنَّ مِنْ شِيعَتِهِ لَإِبْرَاهِيمَ

    Həqiqətən, İbrahim onun ardıcıllarından idi.

    37:83
  8. إِذْ جَاءَ رَبَّهُ بِقَلْبٍ سَلِيمٍ

    Bir zaman o, öz Rəbbinin hüzuruna pak bir qəlblə gəlmişdi.

    37:84
  9. إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَاذَا تَعْبُدُونَ

    O zaman o, öz atasına və qövmünə demişdi: «Siz nəyə ibadət edirsiniz?

    37:85
  10. أَئِفْكًا آلِهَةً دُونَ اللَّهِ تُرِيدُونَ

    Allahı qoyub uydurma məbudlarımı istəyirsiniz?

    37:86
  11. فَمَا ظَنُّكُمْ بِرَبِّ الْعَالَمِينَ

    Aləmlərin Rəbbi barəsində zənniniz nədir?»

    37:87
  12. فَنَظَرَ نَظْرَةً فِي النُّجُومِ

    O, ulduzlara bir nəzər saldı

    37:88
  13. فَقَالَ إِنِّي سَقِيمٌ

    və dedi «Mən xəstəyəm!»

    37:89
  14. فَتَوَلَّوْا عَنْهُ مُدْبِرِينَ

    Onlar ondan üz çevirib çıxıb getdilər.

    37:90
  15. فَرَاغَ إِلَىٰ آلِهَتِهِمْ فَقَالَ أَلَا تَأْكُلُونَ

    O, xəlvətcə onların məbudlarının yanına gəlib (istehza ilə) dedi: «Siz (bu təamları) yemirsiniz?!

    37:91
  16. مَا لَكُمْ لَا تَنْطِقُونَ

    Sizə nə olub ki, danışmırsınız?!»

    37:92
  17. فَرَاغَ عَلَيْهِمْ ضَرْبًا بِالْيَمِينِ

    Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.

    37:93
  18. فَأَقْبَلُوا إِلَيْهِ يَزِفُّونَ

    (Bütpərəstlər) tələsik onun yanına gəldilər.

    37:94
  19. قَالَ أَتَعْبُدُونَ مَا تَنْحِتُونَ

    O dedi: «Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?

    37:95
  20. وَاللَّهُ خَلَقَكُمْ وَمَا تَعْمَلُونَ

    Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır».

    37:96
  21. قَالُوا ابْنُوا لَهُ بُنْيَانًا فَأَلْقُوهُ فِي الْجَحِيمِ

    Onlar dedilər: «Bundan ötrü bir bina tikin və onu oda atın!»

    37:97
  22. فَأَرَادُوا بِهِ كَيْدًا فَجَعَلْنَاهُمُ الْأَسْفَلِينَ

    Onlar (İbrahimə) hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.

    37:98
  23. وَقَالَ إِنِّي ذَاهِبٌ إِلَىٰ رَبِّي سَيَهْدِينِ

    (O dedi): «Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcək».

    37:99
  24. رَبِّ هَبْ لِي مِنَ الصَّالِحِينَ

    O dedi: «Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!»

    37:100
  25. فَبَشَّرْنَاهُ بِغُلَامٍ حَلِيمٍ

    Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.

    37:101
  26. فَلَمَّا بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنِّي أَرَىٰ فِي الْمَنَامِ أَنِّي أَذْبَحُكَ فَانْظُرْ مَاذَا تَرَىٰ ۚ قَالَ يَا أَبَتِ افْعَلْ مَا تُؤْمَرُ ۖ سَتَجِدُنِي إِنْ شَاءَ اللَّهُ مِنَ الصَّابِرِينَ

    O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: «Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!» O dedi: «Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən».

    37:102

Tərcümə: Əlixan Musayev