Mushaf, səhifə 458
-
قَالَ فَالْحَقُّ وَالْحَقَّ أَقُولُ
(Allah) buyurdu: «(Budur) haqq! Mən yalnız haqqı deyirəm!
38:84 -
لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنْكَ وَمِمَّنْ تَبِعَكَ مِنْهُمْ أَجْمَعِينَ
Mən Cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracağam!»
38:85 -
قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ وَمَا أَنَا مِنَ الْمُتَكَلِّفِينَ
De: «Mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram.
38:86 -
إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ
Bu (Quran) aləmlərə ancaq xatırlatmadır.
38:87 -
وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِينٍ
Siz onun verdiyi xəbəri bir müddətdən sonra mütləq biləcəksiniz!»
38:88 -
تَنْزِيلُ الْكِتَابِ مِنَ اللَّهِ الْعَزِيزِ الْحَكِيمِ
Bu Kitab Qüdrətli və Müdrik Allahdan nazil edilmişdir.
39:1 -
إِنَّا أَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ فَاعْبُدِ اللَّهَ مُخْلِصًا لَهُ الدِّينَ
Biz Kitabı sənə haqq olaraq nazil etdik. Odur ki, sən də, dini yalnız Allaha aid edərək ancaq Ona ibadət et!
39:2 -
أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ ۚ وَالَّذِينَ اتَّخَذُوا مِنْ دُونِهِ أَوْلِيَاءَ مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَىٰ إِنَّ اللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِي مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ ۗ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّارٌ
Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: «Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik» – (deyirlər). Əlbəttə ki, Allah ixtilaf etdikləri məsələlər barədə onların arasında Öz hökmünü verəcək. Şübhəsiz ki, Allah yalançı və kafir olan kimsəni doğru yola yönəltməz.
39:3 -
لَوْ أَرَادَ اللَّهُ أَنْ يَتَّخِذَ وَلَدًا لَاصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَاءُ ۚ سُبْحَانَهُ ۖ هُوَ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ
Əgər Allah Özünə övlad götürmək istəsəydi, xəlq etdiklərindən istədiyini seçərdi. O, pakdır, müqəddəsdir. O, Tək olan, (hər şeyə) Qalib gələn Allahdır.
39:4 -
خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ ۖ يُكَوِّرُ اللَّيْلَ عَلَى النَّهَارِ وَيُكَوِّرُ النَّهَارَ عَلَى اللَّيْلِ ۖ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُسَمًّى ۗ أَلَا هُوَ الْعَزِيزُ الْغَفَّارُ
O, göyləri və yeri haqq olaraq yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edər. O, Qüdrətlidir, Bağışlayandır.
39:5
Tərcümə: Əlixan Musayev