Mushaf, səhifə 496

  1. حم

    Ha. Mim.

    44:1
  2. وَالْكِتَابِ الْمُبِينِ

    And olsun (bu) aydın Kitaba!

    44:2
  3. إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةٍ مُبَارَكَةٍ ۚ إِنَّا كُنَّا مُنْذِرِينَ

    Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz xəbərdar edirik.

    44:3
  4. فِيهَا يُفْرَقُ كُلُّ أَمْرٍ حَكِيمٍ

    Hər bir hikmətli iş o (gecədə) ayırd edilir –

    44:4
  5. أَمْرًا مِنْ عِنْدِنَا ۚ إِنَّا كُنَّا مُرْسِلِينَ

    dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, (elçiləri) Biz göndəririk –

    44:5
  6. رَحْمَةً مِنْ رَبِّكَ ۚ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ

    sənin Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir.

    44:6
  7. رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِنْ كُنْتُمْ مُوقِنِينَ

    Əgər yəqinliklə inanırsınızsa, (bilin ki, Allah) göylərin, yerin və onların arasında olanların Rəbbidir.

    44:7
  8. لَا إِلَٰهَ إِلَّا هُوَ يُحْيِي وَيُمِيتُ ۖ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ

    Ondan başqa (ibadətə layiq olan) məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir.

    44:8
  9. بَلْ هُمْ فِي شَكٍّ يَلْعَبُونَ

    Xeyr, onlar şəkkə qapılıb əylənirlər.

    44:9
  10. فَارْتَقِبْ يَوْمَ تَأْتِي السَّمَاءُ بِدُخَانٍ مُبِينٍ

    Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə.

    44:10
  11. يَغْشَى النَّاسَ ۖ هَٰذَا عَذَابٌ أَلِيمٌ

    O (tüstü) (ki,) insanları bürüyəcək. Bu, ağrılı-acılı bir əzabdır.

    44:11
  12. رَبَّنَا اكْشِفْ عَنَّا الْعَذَابَ إِنَّا مُؤْمِنُونَ

    (Onlar:) «Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək» – (deyəcəklər).

    44:12
  13. أَنَّىٰ لَهُمُ الذِّكْرَىٰ وَقَدْ جَاءَهُمْ رَسُولٌ مُبِينٌ

    Onlar necə öyüd-nəsihət eşidə bilərlər?! Artıq onlara açıq-aşkar bir peyğəmbər gəldi.

    44:13
  14. ثُمَّ تَوَلَّوْا عَنْهُ وَقَالُوا مُعَلَّمٌ مَجْنُونٌ

    Onlar isə ondan üz çevirib dedilər: «Öyrədilmiş bir dəlidir!»

    44:14
  15. إِنَّا كَاشِفُو الْعَذَابِ قَلِيلًا ۚ إِنَّكُمْ عَائِدُونَ

    Biz əzabı (sizdən) bir az uzaqlaşdırarıq, amma siz yenə (küfrə) qayıdacaqsınız.

    44:15
  16. يَوْمَ نَبْطِشُ الْبَطْشَةَ الْكُبْرَىٰ إِنَّا مُنْتَقِمُونَ

    (Kafirləri) böyük bir müsibətlə yaxalayacağımız gün, Biz (onlardan) intiqam alacağıq.

    44:16
  17. وَلَقَدْ فَتَنَّا قَبْلَهُمْ قَوْمَ فِرْعَوْنَ وَجَاءَهُمْ رَسُولٌ كَرِيمٌ

    Biz onlardan əvvəl Firon qövmünü sınağa çəkmişdik. Onlara möhtərəm bir elçi gəldi.

    44:17
  18. أَنْ أَدُّوا إِلَيَّ عِبَادَ اللَّهِ ۖ إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

    (O demişdi): «Allahın qullarını mənə qaytarın. Həqiqətən, mən sizin üçün etibarlı bir elçiyəm.

    44:18

Tərcümə: Əlixan Musayev