Mushaf, səhifə 495

  1. إِنَّ الْمُجْرِمِينَ فِي عَذَابِ جَهَنَّمَ خَالِدُونَ

    Şübhəsiz ki, günahkarlar əbədi olaraq Cəhənnəm əzabı içində qalacaqlar.

    43:74
  2. لَا يُفَتَّرُ عَنْهُمْ وَهُمْ فِيهِ مُبْلِسُونَ

    Onların (əzabı) yüngülləşdirilməyəcək və onlar orada naümid qalacaqlar.

    43:75
  3. وَمَا ظَلَمْنَاهُمْ وَلَٰكِنْ كَانُوا هُمُ الظَّالِمِينَ

    Biz onlara zülm etmədik, lakin onlar özləri zalım idilər.

    43:76
  4. وَنَادَوْا يَا مَالِكُ لِيَقْضِ عَلَيْنَا رَبُّكَ ۖ قَالَ إِنَّكُمْ مَاكِثُونَ

    Onlar (Cəhənnəm gözətçisini) çağırıb deyəcəklər: «Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!» O isə: «Siz (burada) əbədi qalacaqsınız!» – deyəcək.

    43:77
  5. لَقَدْ جِئْنَاكُمْ بِالْحَقِّ وَلَٰكِنَّ أَكْثَرَكُمْ لِلْحَقِّ كَارِهُونَ

    Biz sizə haqqı gətirmişdik, lakin sizin çoxunuz haqqı xoşlamırdı.

    43:78
  6. أَمْ أَبْرَمُوا أَمْرًا فَإِنَّا مُبْرِمُونَ

    Yoxsa (müşriklər) işə doğru qərar verdilər?! Heç şübhəsiz ki, doğru qərarı Biz veririk.

    43:79
  7. أَمْ يَحْسَبُونَ أَنَّا لَا نَسْمَعُ سِرَّهُمْ وَنَجْوَاهُمْ ۚ بَلَىٰ وَرُسُلُنَا لَدَيْهِمْ يَكْتُبُونَ

    Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik?! Xeyr, onların yanında (əməlləri) yazan elçilərimiz var.

    43:80
  8. قُلْ إِنْ كَانَ لِلرَّحْمَٰنِ وَلَدٌ فَأَنَا أَوَّلُ الْعَابِدِينَ

    De: «Əgər Mərhəmətli (Allahın) övladı olsaydı, ona ilk ibadət edən mən olardım.

    43:81
  9. سُبْحَانَ رَبِّ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبِّ الْعَرْشِ عَمَّا يَصِفُونَ

    Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi onların Ona aid etdikləri sifətlərdən uzaqdır!»

    43:82
  10. فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ

    Onları burax, qoy vəd olunduqları günə qovuşanadək boş-boş danışsınlar və (bir müddət) əylənsinlər.

    43:83
  11. وَهُوَ الَّذِي فِي السَّمَاءِ إِلَٰهٌ وَفِي الْأَرْضِ إِلَٰهٌ ۚ وَهُوَ الْحَكِيمُ الْعَلِيمُ

    Göydə də məbud, yerdə də məbud (yalnız) Odur. O, Hikmət sahibidir, Biləndir.

    43:84
  12. وَتَبَارَكَ الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا وَعِنْدَهُ عِلْمُ السَّاعَةِ وَإِلَيْهِ تُرْجَعُونَ

    Göylərin, yerin və onların arasındakıların sahibi olan (Allah) xeyiri və bərəkəti bol olandır. (Qiyamət) saatı haqqında bilgi Ondadır və siz Onun hüzuruna qaytarılacaqsınız.

    43:85
  13. وَلَا يَمْلِكُ الَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ الشَّفَاعَةَ إِلَّا مَنْ شَهِدَ بِالْحَقِّ وَهُمْ يَعْلَمُونَ

    (Müşriklərin) Allahdan başqa tapındıqları (tanrılar) şəfaətçilik edə bilməzlər. Yalnız o kəslərdən başqa ki, onlar dediklərinin mənasını bildikləri halda haqqa şəhadət verirlər.

    43:86
  14. وَلَئِنْ سَأَلْتَهُمْ مَنْ خَلَقَهُمْ لَيَقُولُنَّ اللَّهُ ۖ فَأَنَّىٰ يُؤْفَكُونَ

    Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: «Allah!» – deyərlər. Belə olduğu halda (haqdan) necə döndərilirlər?!

    43:87
  15. وَقِيلِهِ يَا رَبِّ إِنَّ هَٰؤُلَاءِ قَوْمٌ لَا يُؤْمِنُونَ

    (Peyğəmbərin): «Ey Rəbbim! Bunlar iman gətirməyən adamlardır!»- deməsi də (Bizə məlumdur).

    43:88
  16. فَاصْفَحْ عَنْهُمْ وَقُلْ سَلَامٌ ۚ فَسَوْفَ يَعْلَمُونَ

    Onlardan üz döndər və (şərlərindən uzaq olmaq üçün) «Salam!» de. Onlar tezliklə biləcəklər.

    43:89

Tərcümə: Əlixan Musayev