Mushaf, səhifə 520

  1. وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هُمْ أَشَدُّ مِنْهُمْ بَطْشًا فَنَقَّبُوا فِي الْبِلَادِ هَلْ مِنْ مَحِيصٍ

    Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsli məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər (əzabdan) qaçıb qurtara bildilərmi?!»

    50:36
  2. إِنَّ فِي ذَٰلِكَ لَذِكْرَىٰ لِمَنْ كَانَ لَهُ قَلْبٌ أَوْ أَلْقَى السَّمْعَ وَهُوَ شَهِيدٌ

    Həqiqətən, bunda (dərk edən) qəlbi olan, hazır durub (diqqətlə) qulaq asan kimsə üçün xatırlatma var.

    50:37
  3. وَلَقَدْ خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ وَمَا مَسَّنَا مِنْ لُغُوبٍ

    Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi.

    50:38
  4. فَاصْبِرْ عَلَىٰ مَا يَقُولُونَ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ

    Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə!

    50:39
  5. وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَأَدْبَارَ السُّجُودِ

    Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de!

    50:40
  6. وَاسْتَمِعْ يَوْمَ يُنَادِ الْمُنَادِ مِنْ مَكَانٍ قَرِيبٍ

    Dinlə (ey Peyğəmbər!) O gün carçı yaxın bir yerdən çağıracaq.

    50:41
  7. يَوْمَ يَسْمَعُونَ الصَّيْحَةَ بِالْحَقِّ ۚ ذَٰلِكَ يَوْمُ الْخُرُوجِ

    O gün onlar bu səsi gerçəkdən eşidəcəklər. Bu, (qəbirlərdən) çıxma günüdür.

    50:42
  8. إِنَّا نَحْنُ نُحْيِي وَنُمِيتُ وَإِلَيْنَا الْمَصِيرُ

    Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir.

    50:43
  9. يَوْمَ تَشَقَّقُ الْأَرْضُ عَنْهُمْ سِرَاعًا ۚ ذَٰلِكَ حَشْرٌ عَلَيْنَا يَسِيرٌ

    O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə (carçıya doğru) çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır.

    50:44
  10. نَحْنُ أَعْلَمُ بِمَا يَقُولُونَ ۖ وَمَا أَنْتَ عَلَيْهِمْ بِجَبَّارٍ ۖ فَذَكِّرْ بِالْقُرْآنِ مَنْ يَخَافُ وَعِيدِ

    Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver!

    50:45
  11. وَالذَّارِيَاتِ ذَرْوًا

    And olsun toz-torpağı (ətrafa) səpələyənlərə!

    51:1
  12. فَالْحَامِلَاتِ وِقْرًا

    And olsun yağmur yükü daşıyanlara!

    51:2
  13. فَالْجَارِيَاتِ يُسْرًا

    And olsun asanlıqla üzüb gedənlərə!

    51:3
  14. فَالْمُقَسِّمَاتِ أَمْرًا

    And olsun işləri paylaşdıranlara!

    51:4
  15. إِنَّمَا تُوعَدُونَ لَصَادِقٌ

    Sizə vəd olunanlar həqiqətdir.

    51:5
  16. وَإِنَّ الدِّينَ لَوَاقِعٌ

    Haqq-hesab da, mütləq çəkiləcəkdir.

    51:6

Tərcümə: Əlixan Musayev