Mushaf, səhifə 521

  1. وَالسَّمَاءِ ذَاتِ الْحُبُكِ

    And olsun gözəl görünüşü olan səmaya!

    51:7
  2. إِنَّكُمْ لَفِي قَوْلٍ مُخْتَلِفٍ

    Sizin sözləriniz ziddiyyətlidir.

    51:8
  3. يُؤْفَكُ عَنْهُ مَنْ أُفِكَ

    Ondan [Qurandan və Peyğəmbərdən] dönən kimsə döndərilər.

    51:9
  4. قُتِلَ الْخَرَّاصُونَ

    Məhv olsun yalançılar!

    51:10
  5. الَّذِينَ هُمْ فِي غَمْرَةٍ سَاهُونَ

    O kəslər ki, cəhalət içində olan qafillərdir.

    51:11
  6. يَسْأَلُونَ أَيَّانَ يَوْمُ الدِّينِ

    Onlar Din gününün nə vaxt olacağını soruşurlar.

    51:12
  7. يَوْمَ هُمْ عَلَى النَّارِ يُفْتَنُونَ

    O gün onlara odda əzab veriləcək.

    51:13
  8. ذُوقُوا فِتْنَتَكُمْ هَٰذَا الَّذِي كُنْتُمْ بِهِ تَسْتَعْجِلُونَ

    (Onlara deyiləcək:) «Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!»

    51:14
  9. إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَعُيُونٍ

    Şübhəsiz ki, müttəqilər cənnətlərdə və bulaqlar başında olacaqlar,

    51:15
  10. آخِذِينَ مَا آتَاهُمْ رَبُّهُمْ ۚ إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُحْسِنِينَ

    öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular.

    51:16
  11. كَانُوا قَلِيلًا مِنَ اللَّيْلِ مَا يَهْجَعُونَ

    Onlar gecələr (ibadət edib) az yatırdılar.

    51:17
  12. وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ

    Sübh çağı isə bağışlanma diləyirdilər.

    51:18
  13. وَفِي أَمْوَالِهِمْ حَقٌّ لِلسَّائِلِ وَالْمَحْرُومِ

    Onların mal-dövlətində dilənçinin və yoxsulun payı var.

    51:19
  14. وَفِي الْأَرْضِ آيَاتٌ لِلْمُوقِنِينَ

    Yəqinliklə inananlar üçün yer üzündə dəlillər var.

    51:20
  15. وَفِي أَنْفُسِكُمْ ۚ أَفَلَا تُبْصِرُونَ

    Sizin özünüzdə də (dəlillər var). Məgər görmürsünüz?!

    51:21
  16. وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ

    Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir.

    51:22
  17. فَوَرَبِّ السَّمَاءِ وَالْأَرْضِ إِنَّهُ لَحَقٌّ مِثْلَ مَا أَنَّكُمْ تَنْطِقُونَ

    Göyün və yerin Rəbbinə and olsun ki, bu (vəd) sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir.

    51:23
  18. هَلْ أَتَاكَ حَدِيثُ ضَيْفِ إِبْرَاهِيمَ الْمُكْرَمِينَ

    İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdımı?

    51:24
  19. إِذْ دَخَلُوا عَلَيْهِ فَقَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ قَوْمٌ مُنْكَرُونَ

    Onlar onun yanına daxil olub: «(Sənə) salam olsun!» – dedilər. (İbrahim:) «Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!» – dedi.

    51:25
  20. فَرَاغَ إِلَىٰ أَهْلِهِ فَجَاءَ بِعِجْلٍ سَمِينٍ

    O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov (qızardıb) gətirdi.

    51:26
  21. فَقَرَّبَهُ إِلَيْهِمْ قَالَ أَلَا تَأْكُلُونَ

    Onu onların qabağına qoyub dedi: «Yemək yemirsinizmi?»

    51:27
  22. فَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۖ قَالُوا لَا تَخَفْ ۖ وَبَشَّرُوهُ بِغُلَامٍ عَلِيمٍ

    O, (qonaqların yemədiklərini görüb) onlardan qorxuya düşdü. Onlar: «Qorxma!» – dedilər və ona elmli bir oğlan uşağı ilə müjdə verdilər.

    51:28
  23. فَأَقْبَلَتِ امْرَأَتُهُ فِي صَرَّةٍ فَصَكَّتْ وَجْهَهَا وَقَالَتْ عَجُوزٌ عَقِيمٌ

    Zövcəsi qışqırıb üz-gözünə vura-vura dedi: «Axı mən sonsuz qoca qarıyam!»

    51:29
  24. قَالُوا كَذَٰلِكِ قَالَ رَبُّكِ ۖ إِنَّهُ هُوَ الْحَكِيمُ الْعَلِيمُ

    Onlar dedilər: «Sənin Rəbbin belə demişdir. Həqiqətən, O, Hikmət sahibidir, Biləndir!»

    51:30

Tərcümə: Əlixan Musayev