Mushaf, səhifə 522

  1. قَالَ فَمَا خَطْبُكُمْ أَيُّهَا الْمُرْسَلُونَ

    (İbrahim) dedi: «Sizin vəzifəniz nədir, ey elçilər?»

    51:31
  2. قَالُوا إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمٍ مُجْرِمِينَ

    Onlar dedilər: «Biz günahkar bir qövmə göndərilmişik ki,

    51:32
  3. لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِنْ طِينٍ

    onların üstünə gildən daşlar yağdıraq –

    51:33
  4. مُسَوَّمَةً عِنْدَ رَبِّكَ لِلْمُسْرِفِينَ

    həddi aşanlar üçün sənin Rəbbinin yanında nişan qoyulmuş (daşlar!)»

    51:34
  5. فَأَخْرَجْنَا مَنْ كَانَ فِيهَا مِنَ الْمُؤْمِنِينَ

    Biz orada olan möminləri (o kənddən) çıxartdıq.

    51:35
  6. فَمَا وَجَدْنَا فِيهَا غَيْرَ بَيْتٍ مِنَ الْمُسْلِمِينَ

    Lakin orada bir evdən başqa müsəlman tapmadıq.

    51:36
  7. وَتَرَكْنَا فِيهَا آيَةً لِلَّذِينَ يَخَافُونَ الْعَذَابَ الْأَلِيمَ

    Biz ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.

    51:37
  8. وَفِي مُوسَىٰ إِذْ أَرْسَلْنَاهُ إِلَىٰ فِرْعَوْنَ بِسُلْطَانٍ مُبِينٍ

    Musanın əhvalatında da (ibrət) var. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.

    51:38
  9. فَتَوَلَّىٰ بِرُكْنِهِ وَقَالَ سَاحِرٌ أَوْ مَجْنُونٌ

    (Firon) öz camaatı ilə birlikdə üz çevirib: «Bu sehrbazdır, ya da dəlidir!» – dedi.

    51:39
  10. فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ وَهُوَ مُلِيمٌ

    Biz (Fironu) və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi.

    51:40
  11. وَفِي عَادٍ إِذْ أَرْسَلْنَا عَلَيْهِمُ الرِّيحَ الْعَقِيمَ

    Ad (qövmünün) hekayətində də (ibrət) var. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik.

    51:41
  12. مَا تَذَرُ مِنْ شَيْءٍ أَتَتْ عَلَيْهِ إِلَّا جَعَلَتْهُ كَالرَّمِيمِ

    O (külək) üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi.

    51:42
  13. وَفِي ثَمُودَ إِذْ قِيلَ لَهُمْ تَمَتَّعُوا حَتَّىٰ حِينٍ

    Səmud (qövmünün) hekayətində də (ibrət) var. O zaman onlara: «Müəyyən vaxtadək dolanıb-keçinin!» – deyilmişdi.

    51:43
  14. فَعَتَوْا عَنْ أَمْرِ رَبِّهِمْ فَأَخَذَتْهُمُ الصَّاعِقَةُ وَهُمْ يَنْظُرُونَ

    Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu.

    51:44
  15. فَمَا اسْتَطَاعُوا مِنْ قِيَامٍ وَمَا كَانُوا مُنْتَصِرِينَ

    Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı.

    51:45
  16. وَقَوْمَ نُوحٍ مِنْ قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ

    Daha əvvəl Nuh qövmünü (məhv etdik). Çünki onlar fasiq adamlar idilər.

    51:46
  17. وَالسَّمَاءَ بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ

    Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk.

    51:47
  18. وَالْأَرْضَ فَرَشْنَاهَا فَنِعْمَ الْمَاهِدُونَ

    Yeri də Biz döşədik. Nə gözəl döşəyənlərik Biz!

    51:48
  19. وَمِنْ كُلِّ شَيْءٍ خَلَقْنَا زَوْجَيْنِ لَعَلَّكُمْ تَذَكَّرُونَ

    Biz hər şeydən (erkək və dişi olmaqla) cütlər yaratdıq ki, bəlkə, düşünüb ibrət alasınız.

    51:49
  20. فَفِرُّوا إِلَى اللَّهِ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ

    (De:) «Elə isə, Allaha tərəf qaçın! Mən sizi Onunla açıq-aşkar qorxudub xəbərdar edənəm!

    51:50
  21. وَلَا تَجْعَلُوا مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۖ إِنِّي لَكُمْ مِنْهُ نَذِيرٌ مُبِينٌ

    Allahla yanaşı başqa bir məbud qəbul etməyin. Mən sizi Onunla açıq-aşkar xəbərdar edənəm!»

    51:51

Tərcümə: Əlixan Musayev