Mushaf, səhifə 525

  1. أَمْ تَأْمُرُهُمْ أَحْلَامُهُمْ بِهَٰذَا ۚ أَمْ هُمْ قَوْمٌ طَاغُونَ

    Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır?

    52:32
  2. أَمْ يَقُولُونَ تَقَوَّلَهُ ۚ بَلْ لَا يُؤْمِنُونَ

    Yoxsa onlar: «Bunu özündən uydurdu!» – deyirlər. Xeyr, onlar iman gətirmirlər.

    52:33
  3. فَلْيَأْتُوا بِحَدِيثٍ مِثْلِهِ إِنْ كَانُوا صَادِقِينَ

    Əgər doğru söyləyirlərsə, qoy (Qurana) bənzər bir kəlam gətirsinlər.

    52:34
  4. أَمْ خُلِقُوا مِنْ غَيْرِ شَيْءٍ أَمْ هُمُ الْخَالِقُونَ

    Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?

    52:35
  5. أَمْ خَلَقُوا السَّمَاوَاتِ وَالْأَرْضَ ۚ بَلْ لَا يُوقِنُونَ

    Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.

    52:36
  6. أَمْ عِنْدَهُمْ خَزَائِنُ رَبِّكَ أَمْ هُمُ الْمُصَيْطِرُونَ

    Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər?

    52:37
  7. أَمْ لَهُمْ سُلَّمٌ يَسْتَمِعُونَ فِيهِ ۖ فَلْيَأْتِ مُسْتَمِعُهُمْ بِسُلْطَانٍ مُبِينٍ

    Yoxsa onların, üstünə çıxıb (mələklərin söhbətlərini) dinlədikləri bir nərdivanı var? Onda qoy onların (mələkləri) dinləyənləri aydın bir dəlil gətirsinlər!

    52:38
  8. أَمْ لَهُ الْبَنَاتُ وَلَكُمُ الْبَنُونَ

    Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?

    52:39
  9. أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُمْ مِنْ مَغْرَمٍ مُثْقَلُونَ

    Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar?

    52:40
  10. أَمْ عِنْدَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ

    Yoxsa onlar qeybi bilir və (onu) yazırlar?

    52:41
  11. أَمْ يُرِيدُونَ كَيْدًا ۖ فَالَّذِينَ كَفَرُوا هُمُ الْمَكِيدُونَ

    Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar.

    52:42
  12. أَمْ لَهُمْ إِلَٰهٌ غَيْرُ اللَّهِ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ

    Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır.

    52:43
  13. وَإِنْ يَرَوْا كِسْفًا مِنَ السَّمَاءِ سَاقِطًا يَقُولُوا سَحَابٌ مَرْكُومٌ

    Əgər onlar göy parçalarının düşdüyünü görsələr: «Bulud topasıdır!» – deyərlər.

    52:44
  14. فَذَرْهُمْ حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي فِيهِ يُصْعَقُونَ

    Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et!

    52:45
  15. يَوْمَ لَا يُغْنِي عَنْهُمْ كَيْدُهُمْ شَيْئًا وَلَا هُمْ يُنْصَرُونَ

    O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcək.

    52:46
  16. وَإِنَّ لِلَّذِينَ ظَلَمُوا عَذَابًا دُونَ ذَٰلِكَ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

    Həqiqətən, zalımlar üçün bundan (başqa) əzab da hazırlanmışdır. Lakin onların çoxu (bunu) bilmir.

    52:47
  17. وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَإِنَّكَ بِأَعْيُنِنَا ۖ وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِينَ تَقُومُ

    Sən öz Rəbbinin hökmünə səbir et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. (Yuxudan) qalxdıqda Rəbbini həmd ilə zikr et!

    52:48
  18. وَمِنَ اللَّيْلِ فَسَبِّحْهُ وَإِدْبَارَ النُّجُومِ

    Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de!

    52:49

Tərcümə: Əlixan Musayev