Mushaf, səhifə 526
-
وَالنَّجْمِ إِذَا هَوَىٰ
And olsun batmaqda olan ulduza!
53:1 -
مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ
Sizin yoldaşınız nə (haqdan) azmış, nə də (yoldan) çıxmışdır.
53:2 -
وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ
O, öz istəyi ilə danışmır.
53:3 -
إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ
Bu, ona təlqin edilən bir vəhydir.
53:4 -
عَلَّمَهُ شَدِيدُ الْقُوَىٰ
Bunu ona çox qüvvətli olan öyrətdi –
53:5 -
ذُو مِرَّةٍ فَاسْتَوَىٰ
gözəl görünüşlü (Cəbrail). O, yüksəlib (öz surətində göründü).
53:6 -
وَهُوَ بِالْأُفُقِ الْأَعْلَىٰ
O, ən uca üfüqdə idi.
53:7 -
ثُمَّ دَنَا فَتَدَلَّىٰ
Sonra (Muhəmmədə) yaxınlaşıb aşağı endi.
53:8 -
فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ
O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi.
53:9 -
فَأَوْحَىٰ إِلَىٰ عَبْدِهِ مَا أَوْحَىٰ
Sonra (Allah) Öz quluna nazil edəcəyini vəhy etdi.
53:10 -
مَا كَذَبَ الْفُؤَادُ مَا رَأَىٰ
(Peyğəmbərin) qəlbi gördüyünü yalan saymadı.
53:11 -
أَفَتُمَارُونَهُ عَلَىٰ مَا يَرَىٰ
İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?
53:12 -
وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَىٰ
Onu bir daha (öz sürətində) enərkən gördü –
53:13 -
عِنْدَ سِدْرَةِ الْمُنْتَهَىٰ
son həddəki Sidr ağacının yanında.
53:14 -
عِنْدَهَا جَنَّةُ الْمَأْوَىٰ
Məva cənnəti onun yanındadır.
53:15 -
إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَىٰ
O zaman Sidr ağacını bürüyən bürümüşdü.
53:16 -
مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَىٰ
(Peyğəmbərin) gözü yayınmadı və həddi aşmadı.
53:17 -
لَقَدْ رَأَىٰ مِنْ آيَاتِ رَبِّهِ الْكُبْرَىٰ
O, öz Rəbbinin ən böyük dəlillərindən (bəzisini) gördü.
53:18 -
أَفَرَأَيْتُمُ اللَّاتَ وَالْعُزَّىٰ
Siz (tapındığınız) Lat və Uzzanı gördünüzmü?
53:19 -
وَمَنَاةَ الثَّالِثَةَ الْأُخْرَىٰ
Həmçinin üçüncü olan Mənatı da?
53:20 -
أَلَكُمُ الذَّكَرُ وَلَهُ الْأُنْثَىٰ
Məgər oğlanlar sizin, qızlar (Allahındır)?
53:21 -
تِلْكَ إِذًا قِسْمَةٌ ضِيزَىٰ
Onda bu, ədalətsiz bölgü olardı!
53:22 -
إِنْ هِيَ إِلَّا أَسْمَاءٌ سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا أَنْزَلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَمَا تَهْوَى الْأَنْفُسُ ۖ وَلَقَدْ جَاءَهُمْ مِنْ رَبِّهِمُ الْهُدَىٰ
Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyil. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər gəlmişdir.
53:23 -
أَمْ لِلْإِنْسَانِ مَا تَمَنَّىٰ
Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır?
53:24 -
فَلِلَّهِ الْآخِرَةُ وَالْأُولَىٰ
Axirət də, dünya da Allahındır.
53:25 -
وَكَمْ مِنْ مَلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِنْ بَعْدِ أَنْ يَأْذَنَ اللَّهُ لِمَنْ يَشَاءُ وَيَرْضَىٰ
Göylərdə neçə-neçə mələk var ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa (heç kəsə) heç bir fayda verməz.
53:26
Tərcümə: Əlixan Musayev