Mushaf, səhifə 527

  1. إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ لَيُسَمُّونَ الْمَلَائِكَةَ تَسْمِيَةَ الْأُنْثَىٰ

    Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları verirlər.

    53:27
  2. وَمَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ ۖ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ ۖ وَإِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا

    Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz.

    53:28
  3. فَأَعْرِضْ عَنْ مَنْ تَوَلَّىٰ عَنْ ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا الْحَيَاةَ الدُّنْيَا

    Sən də Bizi zikr etməkdən üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!

    53:29
  4. ذَٰلِكَ مَبْلَغُهُمْ مِنَ الْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِمَنِ اهْتَدَىٰ

    Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır.

    53:30
  5. وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ لِيَجْزِيَ الَّذِينَ أَسَاءُوا بِمَا عَمِلُوا وَيَجْزِيَ الَّذِينَ أَحْسَنُوا بِالْحُسْنَى

    Göylərdə və yerdə nə varsa, Allahındır. (Bu, Allahın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə [Cənnətlə] mükafatlandırması üçündür.

    53:31
  6. الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنْشَأَكُمْ مِنَ الْأَرْضِ وَإِذْ أَنْتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ ۖ فَلَا تُزَكُّوا أَنْفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَىٰ

    Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində ruşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir.

    53:32
  7. أَفَرَأَيْتَ الَّذِي تَوَلَّىٰ

    Gördünmü üz çevirəni,

    53:33
  8. وَأَعْطَىٰ قَلِيلًا وَأَكْدَىٰ

    (malından) azacıq verib sonra heç verməyəni?

    53:34
  9. أَعِنْدَهُ عِلْمُ الْغَيْبِ فَهُوَ يَرَىٰ

    Məgər o, qeybi bilirmi ki, (bunu) görsün?

    53:35
  10. أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِي صُحُفِ مُوسَىٰ

    Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi?

    53:36
  11. وَإِبْرَاهِيمَ الَّذِي وَفَّىٰ

    Məgər vəfalı olan İbrahimin (səhifələrində olanlar barədə ona bildirilmədi?)

    53:37
  12. أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ

    Heç bir günahkar başqasının günah yükünü daşımaz.

    53:38
  13. وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَىٰ

    İnsan yalnız can atdığı şeyə nail olar.

    53:39
  14. وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرَىٰ

    Əlbəttə, onun can atdığı (əməl) ona göstəriləcək.

    53:40
  15. ثُمَّ يُجْزَاهُ الْجَزَاءَ الْأَوْفَىٰ

    Sonra da ona (bunun) əvəzi tam veriləcək!»

    53:41
  16. وَأَنَّ إِلَىٰ رَبِّكَ الْمُنْتَهَىٰ

    Son dönüş sənin Rəbbinədir.

    53:42
  17. وَأَنَّهُ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ

    Güldürən də, ağladan da Odur!

    53:43
  18. وَأَنَّهُ هُوَ أَمَاتَ وَأَحْيَا

    Öldürən də, dirildən də Odur!

    53:44

Tərcümə: Əlixan Musayev