Mushaf, səhifə 529

  1. خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُنْتَشِرٌ

    onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda, ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.

    54:7
  2. مُهْطِعِينَ إِلَى الدَّاعِ ۖ يَقُولُ الْكَافِرُونَ هَٰذَا يَوْمٌ عَسِرٌ

    Kafirlər carçıya tərəf tələsərək: «Bu nə çətin bir gündür!» – deyəcəklər.

    54:8
  3. كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ

    Onlardan əvvəl Nuh qövmü (elçiləri) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: «O, dəlidir!» – dedilər və ona hədə-qorxu gəldilər.

    54:9
  4. فَدَعَا رَبَّهُ أَنِّي مَغْلُوبٌ فَانْتَصِرْ

    O, Rəbbinə yalvarıb: «Məni üstələdilər! (Mənə) kömək et!» – dedi.

    54:10
  5. فَفَتَحْنَا أَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُنْهَمِرٍ

    Biz göyün qapılarını leysan yağışı ilə açdıq.

    54:11
  6. وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاءُ عَلَىٰ أَمْرٍ قَدْ قُدِرَ

    Yeri yarıb bulaqlar qaynatdıq. (Göydən tökülən və yerdən çıxan) sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu.

    54:12
  7. وَحَمَلْنَاهُ عَلَىٰ ذَاتِ أَلْوَاحٍ وَدُسُرٍ

    Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq.

    54:13
  8. تَجْرِي بِأَعْيُنِنَا جَزَاءً لِمَنْ كَانَ كُفِرَ

    İnkar edilmiş (peyğəmbərə) mükafat olaraq o (gəmi) Gözlərimiz önündə üzüb gedirdi.

    54:14
  9. وَلَقَدْ تَرَكْنَاهَا آيَةً فَهَلْ مِنْ مُدَّكِرٍ

    Biz (həmin hadisəni) (nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?

    54:15
  10. فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ

    (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!

    54:16
  11. وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ

    Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

    54:17
  12. كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ

    Ad (qövmü) də (elçiləri) yalançı saydı. (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!

    54:18
  13. إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي يَوْمِ نَحْسٍ مُسْتَمِرٍّ

    Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik.

    54:19
  14. تَنْزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُنْقَعِرٍ

    O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı.

    54:20
  15. فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ

    (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!

    54:21
  16. وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ

    Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

    54:22
  17. كَذَّبَتْ ثَمُودُ بِالنُّذُرِ

    Səmud (qövmü) də peyğəmbərləri (Salehi) yalan saydı.

    54:23
  18. فَقَالُوا أَبَشَرًا مِنَّا وَاحِدًا نَتَّبِعُهُ إِنَّا إِذًا لَفِي ضَلَالٍ وَسُعُرٍ

    Onlar dedilər: «Özümüzdən olan bir adama tabe olacağıq?! Elə isə biz azğınlığa düşər və ağılsız iş görmüş olarıq!

    54:24
  19. أَأُلْقِيَ الذِّكْرُ عَلَيْهِ مِنْ بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ

    Yoxsa zikr aramızdan təkcə ona verildi? Xeyr, o, yalançıdır, lovğadır!»

    54:25
  20. سَيَعْلَمُونَ غَدًا مَنِ الْكَذَّابُ الْأَشِرُ

    Sabah onlar kimin yalançı və lovğa olduğunu mütləq biləcəklər.

    54:26
  21. إِنَّا مُرْسِلُو النَّاقَةِ فِتْنَةً لَهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ

    Biz onları sınağa çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Onların (nə edəcəklərini) gözlə və (əziyyətlərinə) səbir et!

    54:27

Tərcümə: Əlixan Musayev