Mushaf, səhifə 530

  1. وَنَبِّئْهُمْ أَنَّ الْمَاءَ قِسْمَةٌ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍ مُحْتَضَرٌ

    Onlara xəbər ver ki, (bu) su, dəvə ilə onlar arasında bölüşdürülmüşdür. Hər biri su içməyə öz növbəsində gəlsin!»

    54:28
  2. فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ

    Onlar öz havadarlarını çağırdılar. O da dəvəni tutub diz vətərini kəsdi.

    54:29
  3. فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ

    (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!

    54:30
  4. إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَاحِدَةً فَكَانُوا كَهَشِيمِ الْمُحْتَظِرِ

    Həqiqətən, Biz onlara bircə tükürpədici səs göndərdik və onlar mal-qara ağılında istifadə edilən quru saman kimi oldular.

    54:31
  5. وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ

    Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

    54:32
  6. كَذَّبَتْ قَوْمُ لُوطٍ بِالنُّذُرِ

    Lut qövmü də qorxudan peyğəmbərləri yalan saydı.

    54:33
  7. إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّا آلَ لُوطٍ ۖ نَجَّيْنَاهُمْ بِسَحَرٍ

    Biz onların üstünə (qasırğa ilə birgə) daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –

    54:34
  8. نِعْمَةً مِنْ عِنْدِنَا ۚ كَذَٰلِكَ نَجْزِي مَنْ شَكَرَ

    Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.

    54:35
  9. وَلَقَدْ أَنْذَرَهُمْ بَطْشَتَنَا فَتَمَارَوْا بِالنُّذُرِ

    (Lut) onları Bizim əzabımızla hədələdi, onlar isə bu xəbərdarlıqlara şübhə ilə yanaşdılar.

    54:36
  10. وَلَقَدْ رَاوَدُوهُ عَنْ ضَيْفِهِ فَطَمَسْنَا أَعْيُنَهُمْ فَذُوقُوا عَذَابِي وَنُذُرِ

    Onlar (Lutdan) onun qonaqlarını tələb etdilər. Biz də onların gözlərini kor etdik (və) (dedik): «Əzabımı və təhdidlərimi dadın!»

    54:37
  11. وَلَقَدْ صَبَّحَهُمْ بُكْرَةً عَذَابٌ مُسْتَقِرٌّ

    Sübh şağı onlara yaxalarından əl çəkməyəcək bir əzab gəldi.

    54:38
  12. فَذُوقُوا عَذَابِي وَنُذُرِ

    Elə isə əzabımı və təhdidlərimi dadın!

    54:39
  13. وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُدَّكِرٍ

    Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

    54:40
  14. وَلَقَدْ جَاءَ آلَ فِرْعَوْنَ النُّذُرُ

    Xəbərdarlıqlar Firon nəslinə də gəlmişdi.

    54:41
  15. كَذَّبُوا بِآيَاتِنَا كُلِّهَا فَأَخَذْنَاهُمْ أَخْذَ عَزِيزٍ مُقْتَدِرٍ

    Onlar dəlillərimizin hamısını yalan saydılar. Biz də onları qüvvət və qüdrətimizə layiq şəkildə əzabla yaxaladıq.

    54:42
  16. أَكُفَّارُكُمْ خَيْرٌ مِنْ أُولَٰئِكُمْ أَمْ لَكُمْ بَرَاءَةٌ فِي الزُّبُرِ

    Sizin kafirləriniz onlardan yaxşıdırmı?! Yoxsa kitablarda sizə toxunulmazlıq vəd edilmişdir?!

    54:43
  17. أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُنْتَصِرٌ

    Yoxsa onlar: «Biz qalib gələcək bir dəstəyik!» – deyirlər?!

    54:44
  18. سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ

    Bu dəstə mütləq məğlub olacaq və arxaya dönüb qaçacaq.

    54:45
  19. بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ

    Xeyr! Onlara vəd edilmiş vaxt (Qiyamət) saatıdır. (Qiyamət) saatı isə daha ağır, daha acıdır.

    54:46
  20. إِنَّ الْمُجْرِمِينَ فِي ضَلَالٍ وَسُعُرٍ

    Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər.

    54:47
  21. يَوْمَ يُسْحَبُونَ فِي النَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا مَسَّ سَقَرَ

    O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): «Cəhənnəmin təmasını dadın!» – (deyiləcək).

    54:48
  22. إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ

    Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.

    54:49

Tərcümə: Əlixan Musayev