Mushaf, səhifə 580
-
وَمِنَ اللَّيْلِ فَاسْجُدْ لَهُ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا
Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de!
76:26 -
إِنَّ هَٰؤُلَاءِ يُحِبُّونَ الْعَاجِلَةَ وَيَذَرُونَ وَرَاءَهُمْ يَوْمًا ثَقِيلًا
Həqiqətən, bunlar ötəri dünyanı üstün tutaraq (qarşılarındakı) ağır günə etinasız yanaşırlar.
76:27 -
نَحْنُ خَلَقْنَاهُمْ وَشَدَدْنَا أَسْرَهُمْ ۖ وَإِذَا شِئْنَا بَدَّلْنَا أَمْثَالَهُمْ تَبْدِيلًا
Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, (onları) özlərinə bənzərləri ilə dəyişdirərik.
76:28 -
إِنَّ هَٰذِهِ تَذْكِرَةٌ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا
Həqiqətən, bu bir ibrətdir. Kim istəsə Rəbbinə doğru aparan bir yol tutar.
76:29 -
وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا
Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!
76:30 -
يُدْخِلُ مَنْ يَشَاءُ فِي رَحْمَتِهِ ۚ وَالظَّالِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًا
O, istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır.
76:31 -
وَالْمُرْسَلَاتِ عُرْفًا
And olsun xeyirlə göndərilənlərə
77:1 -
فَالْعَاصِفَاتِ عَصْفًا
və şiddətlə əsənlərə!
77:2 -
وَالنَّاشِرَاتِ نَشْرًا
And olsun (Allahın əmrini) yaydıqca yayanlara,
77:3 -
فَالْفَارِقَاتِ فَرْقًا
(haqqı nahaqdan) ayırdıqca ayıranlara
77:4 -
فَالْمُلْقِيَاتِ ذِكْرًا
və zikri çatdıranlara –
77:5 -
عُذْرًا أَوْ نُذْرًا
üzr diləmək və ya qorxutmaq üçün (çatdıranlara!)
77:6 -
إِنَّمَا تُوعَدُونَ لَوَاقِعٌ
Sizə vəd edilmiş (Qiyamət) mütləq vaqe olacaq.
77:7 -
فَإِذَا النُّجُومُ طُمِسَتْ
Ulduzlar sönəcəyi zaman;
77:8 -
وَإِذَا السَّمَاءُ فُرِجَتْ
Göy yarılacağı zaman;
77:9 -
وَإِذَا الْجِبَالُ نُسِفَتْ
Dağlar dağılacağı zaman;
77:10 -
وَإِذَا الرُّسُلُ أُقِّتَتْ
(Ümmətlərinə şahidlik etmələri üçün) elçilərə vaxt təyin ediləcəyi zaman
77:11 -
لِأَيِّ يَوْمٍ أُجِّلَتْ
(deyiləcək): «(Bunlara) verilmiş möhlət hansı günə qədərdir?»
77:12 -
لِيَوْمِ الْفَصْلِ
(Cavabında) (deyiləcək): «Ayırd etmə gününədək!»
77:13 -
وَمَا أَدْرَاكَ مَا يَوْمُ الْفَصْلِ
Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi?
77:14 -
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
77:15 -
أَلَمْ نُهْلِكِ الْأَوَّلِينَ
Məgər Biz ilk nəsilləri həlak etmədikmi?!
77:16 -
ثُمَّ نُتْبِعُهُمُ الْآخِرِينَ
Sonrakıları da onlara qatacağıq.
77:17 -
كَذَٰلِكَ نَفْعَلُ بِالْمُجْرِمِينَ
Biz günah sahibləri ilə belə davranırıq.
77:18 -
وَيْلٌ يَوْمَئِذٍ لِلْمُكَذِّبِينَ
O gün (Qiyaməti) yalan sayanların vay halına!
77:19
Tərcümə: Əlixan Musayev