Mushaf, səhifə 599

  1. جَزَاؤُهُمْ عِنْدَ رَبِّهِمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ۚ ذَٰلِكَ لِمَنْ خَشِيَ رَبَّهُ

    Onların Rəbbinin yanındakı mükafatı altından çaylar axan, içində əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələrdən ötrüdür!

    98:8
  2. إِذَا زُلْزِلَتِ الْأَرْضُ زِلْزَالَهَا

    Yer titrəyib lərzəyə gələcəyi zaman;

    99:1
  3. وَأَخْرَجَتِ الْأَرْضُ أَثْقَالَهَا

    Yer öz yükünü bayıra atacağı

    99:2
  4. وَقَالَ الْإِنْسَانُ مَا لَهَا

    və insan: «Ona nə olub?» – deyəcəyi zaman –

    99:3
  5. يَوْمَئِذٍ تُحَدِّثُ أَخْبَارَهَا

    həmin gün yer öz əhvalatlarını danışacaq.

    99:4
  6. بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا

    Çünki Rəbbin ona vəhy edəcək.

    99:5
  7. يَوْمَئِذٍ يَصْدُرُ النَّاسُ أَشْتَاتًا لِيُرَوْا أَعْمَالَهُمْ

    O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər.

    99:6
  8. فَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ

    Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır.

    99:7
  9. وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ

    Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır.

    99:8
  10. وَالْعَادِيَاتِ ضَبْحًا

    And olsun tövşüyə-tövşüyə çapanlara!

    100:1
  11. فَالْمُورِيَاتِ قَدْحًا

    And olsun (dırnaqları ilə) qığılcım çıxaranlara!

    100:2
  12. فَالْمُغِيرَاتِ صُبْحًا

    And olsun sübh çağı həmlə edənlərə ki,

    100:3
  13. فَأَثَرْنَ بِهِ نَقْعًا

    hücuma keçib tozanaq qaldıraraq

    100:4
  14. فَوَسَطْنَ بِهِ جَمْعًا

    qoşunun içərisinə soxulurlar.

    100:5
  15. إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُودٌ

    Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur.

    100:6
  16. وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ

    Özü də bunun şahididir.

    100:7
  17. وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ

    Həqiqətən, o, var-dövlətə çox hərisdir.

    100:8
  18. أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ

    Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı

    100:9

Tərcümə: Əlixan Musayev