Mushaf, səhifə 67

  1. إِنْ يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِثْلُهُ ۚ وَتِلْكَ الْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللَّهُ الَّذِينَ آمَنُوا وَيَتَّخِذَ مِنْكُمْ شُهَدَاءَ ۗ وَاللَّهُ لَا يُحِبُّ الظَّالِمِينَ

    Əgər siz (Uhud döyüşündə) yara almışsınızsa, (əlbəttə, düşməniniz olan) o qövm də bu cür yara almışdı. Biz bu günləri – (qalibiyyəti və məğlubiyyəti,) insanlar arasında növbə ilə dəyişdiririk ki, Allah iman gətirənləri üzə çıxarsın və aranızdan şəhidlər seçsin. Allah zalımları sevməz.

    3:140
  2. وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ

    Zəiflik göstərməyin və kədərlənməyin. Əgər möminsinizsə, (bilin ki,) üstün olan kəslər sizsiniz.

    3:139
  3. هَٰذَا بَيَانٌ لِلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِلْمُتَّقِينَ

    Bu (Quran) insanlar üçün bir açıqlama, müttəqilər üçün isə doğru yol göstəricisi və öyüd-nəsihətdir.

    3:138
  4. قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ سُنَنٌ فَسِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ

    Sizdən öncə də, (bir çox belə) hadisələr olub keçmişdir. Elə isə yer üzünü gəzib (haqqı) yalan sayanların aqibətinin necə olduğunu görün.

    3:137
  5. أُولَٰئِكَ جَزَاؤُهُمْ مَغْفِرَةٌ مِنْ رَبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ

    Onların mükafatı, Rəbbindən bağışlanma və altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. (Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir!

    3:136
  6. وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهُ وَلَمْ يُصِرُّوا عَلَىٰ مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ

    O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə, Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gördükləri (pis) işlərdə bilə-bilə israr etməzlər.

    3:135
  7. الَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ ۗ وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ

    O müttəqilər ki, bolluqda da, qıtlıqda da, (mallarından Allah yolunda) xərcləyər, qəzəblərini boğar və insanları bağışlayarlar. Allah yaxşı iş görənləri sevər.

    3:134
  8. وَسَارِعُوا إِلَىٰ مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ

    Rəbbinizin məğfirətinə və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin.

    3:133

Tərcümə: Əlixan Musayev