-
1Ayırıcı həmzə
Bu bölümdə siz ayırıcı həmzəni öyrənəcəksiniz.
Ayırıcı həmzə hər zaman yazılır və oxunur: bağlama, fasilə və başlama zamanı. Həmçinin gəlmə yerindən asılı olmayaraq: əvvəldə, ortada və sözün sonunda yazılır və oxunur .
Ayırıcı həmzə hər bir hərəkə və sükunla gələ bilər. Məs. يَأۡكُلُونَ və ya أَهۡلَكۡنَا
-
2Birləşdirici həmzə. Bağlı oxuma
Birləşdirici həmzə ilk hərfi sükunlu olan sözlərin oxunuşunu asanlaşdırır. Gəlin həmzə vəsl işarəsinə baxaq: ٱ Diqqət edin birləşdirici həmzə hər zaman əliflə yazılır. Birləşdirici həmzə oxuma ondan başlandığı zaman oxunur. Əgər o mətnin ortasında gələrsə, tələffüz edilmir.
Bu bölümdə biz bağlı oxumanı nəzərdən keçirəcəyik. Bu halda birləşdirici həmzə oxunmur. Məs:
إِذۡ قَالَتِ ٱمۡرَأَتُ عِمۡرَٰنَ
Eyni zamanda biz iki sözü birgə oxuyacağıq. Onlardan birinci məd hərfi ilə bitir, ikinci isə birləşdirici həmzə ilə başlayır. Məs.
فِي ٱلۡحَرۡثِ
-
3Birləşdirici həmsə haqqında
Başlanğıcda birləşdirici həmzə müxtəlif hərəkələrlə hərəkələnə bilər. Bu bölümdə siz həmzəni başlanğıcda hansı hərəkə ilə hərəkələmək haqqında öyrənəcəksiniz.
Birinci hal: Həmzə vəsl müəyyən artiklin tərkibində ٱلۡ. Bu, sözün önündə gələrək müəyyənlik bildirir. Məs:
ٱلۡقَمَرُ
İkinci hal: Söz həmzə vəsl ilə başlasa da müəyyən artikl yoxdur. Məs:
ٱخۡرُجۡ
Bu halda üçüncü hərfin hərəkəsinə baxmaq lazımdır.
-
4Həmzənin növləri. Təsbit üçün çalışmalar.
Bu dərsdə biz "Həmzənin növləri" mövzusunun təsbiti üçün bir neçə çalışma yerinə yetirəcəyik.