Surə 114 Ən-Nas (Nas)
-
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ
De: «Sığınıram insanların Rəbbinə,
114:1 -
مَلِكِ النَّاسِ
insanların Hökmdarına,
114:2 -
إِلَٰهِ النَّاسِ
insanların İlahına!
114:3 -
مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ
Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən.
114:4 -
الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ
(O şeytan) ki, insanların kökslərinə vəsvəsə salır,
114:5 -
مِنَ الْجِنَّةِ وَالنَّاسِ
cinlərdən də (olur), insanlardan da!»
114:6
Tərcümə: Əlixan Musayev