Surə 15 Hicr (Əl-Hicr)
-
وَآتَيْنَاهُمْ آيَاتِنَا فَكَانُوا عَنْهَا مُعْرِضِينَ
Biz onlara ayələrimizi göndərdik, lakin onlar (bu) ayələrdən üz döndərdilər.
15:81 -
وَكَانُوا يَنْحِتُونَ مِنَ الْجِبَالِ بُيُوتًا آمِنِينَ
Onlar təhlükəsizlikdə qalmaq üçün dağlarda evlər yonurdular.
15:82 -
فَأَخَذَتْهُمُ الصَّيْحَةُ مُصْبِحِينَ
Onları sübh çağı qorxunc səs yaxaladı.
15:83 -
فَمَا أَغْنَىٰ عَنْهُمْ مَا كَانُوا يَكْسِبُونَ
Qazandıqları (dünya malı) isə onlara heç bir fayda vermədi.
15:84 -
وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ ۗ وَإِنَّ السَّاعَةَ لَآتِيَةٌ ۖ فَاصْفَحِ الصَّفْحَ الْجَمِيلَ
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. (Qiyamət) saatı mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla.
15:85 -
إِنَّ رَبَّكَ هُوَ الْخَلَّاقُ الْعَلِيمُ
Həqiqətən, Rəbbin Yaradandır, Biləndir.
15:86 -
وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِنَ الْمَثَانِي وَالْقُرْآنَ الْعَظِيمَ
Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik.
15:87 -
لَا تَمُدَّنَّ عَيْنَيْكَ إِلَىٰ مَا مَتَّعْنَا بِهِ أَزْوَاجًا مِنْهُمْ وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَاخْفِضْ جَنَاحَكَ لِلْمُؤْمِنِينَ
Onların bəzi təbəqələrinə verdiyimiz (fani) dünya malına gözünü dikmə, onlara görə kədərlənmə, möminlərlə yumşaq davran
15:88 -
وَقُلْ إِنِّي أَنَا النَّذِيرُ الْمُبِينُ
və de: «Şübhəsiz ki, mən açıq-aşkar bir xəbərdar edənəm!»
15:89 -
كَمَا أَنْزَلْنَا عَلَى الْمُقْتَسِمِينَ
Biz (Quranı) bölənlərə də beləcə (əzab) endirmişdik.
15:90 -
الَّذِينَ جَعَلُوا الْقُرْآنَ عِضِينَ
Onlar Quranı hissələrə böldülər [bir qisminə inanıb, digər qismini inkar etdilər].
15:91 -
فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِينَ
Rəbbinə and olsun ki, Biz onların hamısından soruşacağıq –
15:92 -
عَمَّا كَانُوا يَعْمَلُونَ
törətdikləri əməllər barəsində.
15:93 -
فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ
Sənə buyurulanı açıq-aşkar bəyan et və müşriklərdən üz çevir.
15:94 -
إِنَّا كَفَيْنَاكَ الْمُسْتَهْزِئِينَ
Sözsüz ki, istehza edənlərə qarşı Biz sənə yetərik.
15:95 -
الَّذِينَ يَجْعَلُونَ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ ۚ فَسَوْفَ يَعْلَمُونَ
O kəslər ki, Allaha başqa məbudu şərik qoşurlar. Onlar tezliklə biləcəklər.
15:96 -
وَلَقَدْ نَعْلَمُ أَنَّكَ يَضِيقُ صَدْرُكَ بِمَا يَقُولُونَ
Biz onların dediklərindən sənin qəlbinin daraldığını bilirik.
15:97 -
فَسَبِّحْ بِحَمْدِ رَبِّكَ وَكُنْ مِنَ السَّاجِدِينَ
Sən həmd-səna ilə Rəbbini təriflə və səcdə edənlərdən ol!
15:98 -
وَاعْبُدْ رَبَّكَ حَتَّىٰ يَأْتِيَكَ الْيَقِينُ
Sənə ölüm gələnədək Rəbbinə ibadət et.
15:99
Tərcümə: Əlixan Musayev