Surə 26 Əş-Şuəra (Şuara), ayə 105 – 122

  1. كَذَّبَتْ قَوْمُ نُوحٍ الْمُرْسَلِينَ

    Nuh tayfası da elçiləri yalançı saydı.

    26:105
  2. إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ نُوحٌ أَلَا تَتَّقُونَ

    O vaxt qardaşları Nuh onlara dedi: «Məgər qorxmursunuz?

    26:106
  3. إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ

    Həqiqətən, mən sizin üçün etibar edilməli bir elçiyəm.

    26:107
  4. فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

    Allahdan qorxun və mənə itaət edin.

    26:108
  5. وَمَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَىٰ رَبِّ الْعَالَمِينَ

    Mən bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir.

    26:109
  6. فَاتَّقُوا اللَّهَ وَأَطِيعُونِ

    Allahdan qorxun və mənə itaət edin!»

    26:110
  7. قَالُوا أَنُؤْمِنُ لَكَ وَاتَّبَعَكَ الْأَرْذَلُونَ

    Onlar dedilər: «Sənə ən rəzil adamlar tabe olduğu halda biz sənə inanarıqmı?»

    26:111
  8. قَالَ وَمَا عِلْمِي بِمَا كَانُوا يَعْمَلُونَ

    (Nuh) dedi: «Mən onların nə etdiklərini bilmirəm!

    26:112
  9. إِنْ حِسَابُهُمْ إِلَّا عَلَىٰ رَبِّي ۖ لَوْ تَشْعُرُونَ

    Onların haqq-hesabı yalnız Rəbbimə aiddir. Kaş başa düşəydiniz!

    26:113
  10. وَمَا أَنَا بِطَارِدِ الْمُؤْمِنِينَ

    Mən iman gətirənləri qovan deyiləm.

    26:114
  11. إِنْ أَنَا إِلَّا نَذِيرٌ مُبِينٌ

    Mən yalnız açıq-aşkar bir qorxudanam».

    26:115
  12. قَالُوا لَئِنْ لَمْ تَنْتَهِ يَا نُوحُ لَتَكُونَنَّ مِنَ الْمَرْجُومِينَ

    Onlar dedilər: «Ey Nuh! Əgər (dəvətinə) son qoymasan, mütləq daşqalaq ediləcəksən».

    26:116
  13. قَالَ رَبِّ إِنَّ قَوْمِي كَذَّبُونِ

    (Nuh) dedi: «Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi.

    26:117
  14. فَافْتَحْ بَيْنِي وَبَيْنَهُمْ فَتْحًا وَنَجِّنِي وَمَنْ مَعِيَ مِنَ الْمُؤْمِنِينَ

    Mənimlə onların arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri (əzabdan) qurtar!»

    26:118
  15. فَأَنْجَيْنَاهُ وَمَنْ مَعَهُ فِي الْفُلْكِ الْمَشْحُونِ

    Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik.

    26:119
  16. ثُمَّ أَغْرَقْنَا بَعْدُ الْبَاقِينَ

    Yerdə qalanları isə suya qərq etdik.

    26:120
  17. إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ

    Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti yenə iman gətirmədi.

    26:121
  18. وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

    Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

    26:122

Tərcümə: Əlixan Musayev