Surə 2 Əl-Bəqərə (Bəqərə), ayə 124 – 127
-
وَإِذِ ابْتَلَىٰ إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ ۖ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا ۖ قَالَ وَمِنْ ذُرِّيَّتِي ۖ قَالَ لَا يَنَالُ عَهْدِي الظَّالِمِينَ
Rəbbi İbrahimi (bəzi) kəlmələrlə sınağa çəkdiyi zaman o, bunları tamamilə yerinə yetirdi. (Allah) buyurdu: «Mən səni insanlara imam edəcəyəm!» (İbrahim) dedi: «Nəslimdən də, (imam et!)» (Allah) buyurdu: «Mənim əhdim zalımlara yetişməz!»
2:124 -
وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِلنَّاسِ وَأَمْنًا وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى ۖ وَعَهِدْنَا إِلَىٰ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَنْ طَهِّرَا بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ
Bir zaman Biz (müqəddəs) Evi insanlar üçün ziyarətgah və əmin-aman bir yer etdik. «İbrahimin durduğu yeri namazgah edin!» Biz İbrahimə və İsmailə buyurduq: «Evimi təvaf edənlər, etikafa girənlər, rüku və səcdə edənlər üçün təmizləyin!»
2:125 -
وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَٰذَا بَلَدًا آمِنًا وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُمْ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۖ قَالَ وَمَنْ كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلًا ثُمَّ أَضْطَرُّهُ إِلَىٰ عَذَابِ النَّارِ ۖ وَبِئْسَ الْمَصِيرُ
Bir zaman İbrahim demişdi: «Ey Rəbbim! Buranı təhlükəsiz bir şəhər et, onun əhalisinə, – onlardan Allaha və Axirət gününə iman gətirənlərə – (hər növ) məhsullardan ruzi ver!» (Allah) buyurdu: «Mən kafir olanlara bir qədər zövq almağa izin verər, sonra isə onları Cəhənnəm əzabına giriftar edərəm. Ora necə də pis dönüş yeridir!»
2:126 -
وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا ۖ إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ
İbrahim və İsmail (müqəddəs) Evin bünövrəsini qaldırarkən (belə) (dua etmişdilər): «Ey Rəbbimiz! (Bu əməli) bizdən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən!
2:127
Tərcümə: Əlixan Musayev