Surə 38 Sad

  1. وَاذْكُرْ عَبْدَنَا أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الشَّيْطَانُ بِنُصْبٍ وَعَذَابٍ

    Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: «Şeytan mənə bəla və əzab toxundurmuşdur!»

    38:41
  2. ارْكُضْ بِرِجْلِكَ ۖ هَٰذَا مُغْتَسَلٌ بَارِدٌ وَشَرَابٌ

    (Biz ona dedik): «Ayağını (yerə) vur! Budur yuyunmaq və içmək üçün sərin su!»

    38:42
  3. وَوَهَبْنَا لَهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنَّا وَذِكْرَىٰ لِأُولِي الْأَلْبَابِ

    Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona həm ailəsini (qaytardıq,) həm də onlarla yanaşı bir mislini bəxş etdik.

    38:43
  4. وَخُذْ بِيَدِكَ ضِغْثًا فَاضْرِبْ بِهِ وَلَا تَحْنَثْ ۗ إِنَّا وَجَدْنَاهُ صَابِرًا ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ

    (Biz ona dedik:) «Əlinə bir dəstə (çubuq) götür və onunla (arvadını) vur. Andını pozma». Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.

    38:44
  5. وَاذْكُرْ عِبَادَنَا إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ أُولِي الْأَيْدِي وَالْأَبْصَارِ

    Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshaqı və Yəqubu da yada sal!

    38:45
  6. إِنَّا أَخْلَصْنَاهُمْ بِخَالِصَةٍ ذِكْرَى الدَّارِ

    Biz (axirət) yurdunu anmaq xüsusiyyətini onlara məxsus etdik.

    38:46
  7. وَإِنَّهُمْ عِنْدَنَا لَمِنَ الْمُصْطَفَيْنَ الْأَخْيَارِ

    Həqiqətən, onlar Bizim yanımızda, seçilmiş ən yaxşı kimsələrdəndirlər.

    38:47
  8. وَاذْكُرْ إِسْمَاعِيلَ وَالْيَسَعَ وَذَا الْكِفْلِ ۖ وَكُلٌّ مِنَ الْأَخْيَارِ

    İsmaili, əl-Yəsə'i və Zülkifli də yada sal! Onların hamısı ən yaxşı kimsələrdəndir.

    38:48
  9. هَٰذَا ذِكْرٌ ۚ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَآبٍ

    Bu, bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir –

    38:49
  10. جَنَّاتِ عَدْنٍ مُفَتَّحَةً لَهُمُ الْأَبْوَابُ

    qapıları onlar üçün açılmış Ədn cənnətləri.

    38:50
  11. مُتَّكِئِينَ فِيهَا يَدْعُونَ فِيهَا بِفَاكِهَةٍ كَثِيرَةٍ وَشَرَابٍ

    Onlar orada (taxtlara) dirsəklənib çoxlu-çoxlu meyvələr və (cənnətə məxsus) içkilər istəyəcəklər.

    38:51
  12. وَعِنْدَهُمْ قَاصِرَاتُ الطَّرْفِ أَتْرَابٌ

    Onların yanında gözlərini (ərindən) çəkməyən həmyaşıdları olacaq.

    38:52
  13. هَٰذَا مَا تُوعَدُونَ لِيَوْمِ الْحِسَابِ

    Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır.

    38:53
  14. إِنَّ هَٰذَا لَرِزْقُنَا مَا لَهُ مِنْ نَفَادٍ

    Həqiqətən, bu, Bizim verdiyimiz ruzidir. O, tükənməzdir.

    38:54
  15. هَٰذَا ۚ وَإِنَّ لِلطَّاغِينَ لَشَرَّ مَآبٍ

    Bax belə! Şübhəsiz ki, azğınları da çox pis qayıdış yeri gözləyir –

    38:55
  16. جَهَنَّمَ يَصْلَوْنَهَا فَبِئْسَ الْمِهَادُ

    içində yanacaqları Cəhənnəm. Ora nə pis yataqdır!

    38:56
  17. هَٰذَا فَلْيَذُوقُوهُ حَمِيمٌ وَغَسَّاقٌ

    Bu, qaynar su və irindir. Qoy onu dadsınlar!

    38:57
  18. وَآخَرُ مِنْ شَكْلِهِ أَزْوَاجٌ

    (Kafirlər üçün əzabın) buna bənzər başqa növləri də vardır.

    38:58
  19. هَٰذَا فَوْجٌ مُقْتَحِمٌ مَعَكُمْ ۖ لَا مَرْحَبًا بِهِمْ ۚ إِنَّهُمْ صَالُو النَّارِ

    (Kafirlərin başçılarına deyiləcək): «Bu, sizinlə birlikdə (Cəhənnəmə) girən dəstədir. (Başçılar deyəcəklər:) «Onlara salam olmasın! Şübhəsiz ki, onlar odda yanacaqlar».

    38:59
  20. قَالُوا بَلْ أَنْتُمْ لَا مَرْحَبًا بِكُمْ ۖ أَنْتُمْ قَدَّمْتُمُوهُ لَنَا ۖ فَبِئْسَ الْقَرَارُ

    (Tabe olanlar) deyəcəklər: «Xeyr, sizin özünüzə salam olmasın! Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir!»

    38:60

Tərcümə: Əlixan Musayev