Surə 38 Sad

  1. قَالُوا رَبَّنَا مَنْ قَدَّمَ لَنَا هَٰذَا فَزِدْهُ عَذَابًا ضِعْفًا فِي النَّارِ

    Onlar deyəcəklər: «Ey Rəbbimiz! Bunu bizə kim təqdim edibsə, onun əzabını odda ikiqat elə!»

    38:61
  2. وَقَالُوا مَا لَنَا لَا نَرَىٰ رِجَالًا كُنَّا نَعُدُّهُمْ مِنَ الْأَشْرَارِ

    (Günahkarlar) deyəcəklər: «Bizə nə olub ki, (dünyada ikən) pis adamlar saydığımız kişiləri burada görmürük?

    38:62
  3. أَتَّخَذْنَاهُمْ سِخْرِيًّا أَمْ زَاغَتْ عَنْهُمُ الْأَبْصَارُ

    Biz onları (haqsızcasına) məsxərəyə qoyurduq? Yoxsa, onlar gözə dəymirlər?»

    38:63
  4. إِنَّ ذَٰلِكَ لَحَقٌّ تَخَاصُمُ أَهْلِ النَّارِ

    Şübhəsiz ki, bu – od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir.

    38:64
  5. قُلْ إِنَّمَا أَنَا مُنْذِرٌ ۖ وَمَا مِنْ إِلَٰهٍ إِلَّا اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ

    De: «Mən yalnız xəbərdar edənəm. Tək olan, (hər şeyə) Qalib gələn Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur».

    38:65
  6. رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا الْعَزِيزُ الْغَفَّارُ

    O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, Qüdrətlidir, Bağışlayandır.

    38:66
  7. قُلْ هُوَ نَبَأٌ عَظِيمٌ

    De: «O, böyük xəbərdir.

    38:67
  8. أَنْتُمْ عَنْهُ مُعْرِضُونَ

    Siz isə ondan üz döndərirsiniz.

    38:68
  9. مَا كَانَ لِيَ مِنْ عِلْمٍ بِالْمَلَإِ الْأَعْلَىٰ إِذْ يَخْتَصِمُونَ

    Ali toplum mübahisə edərkən mənim onlardan heç bir xəbərim yox idi.

    38:69
  10. إِنْ يُوحَىٰ إِلَيَّ إِلَّا أَنَّمَا أَنَا نَذِيرٌ مُبِينٌ

    Mənə, ancaq açıq-aydın xəbərdar edən olduğuma görə vəhy olunur».

    38:70
  11. إِذْ قَالَ رَبُّكَ لِلْمَلَائِكَةِ إِنِّي خَالِقٌ بَشَرًا مِنْ طِينٍ

    Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: «Mən palçıqdan bir insan yaradacağam.

    38:71
  12. فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ

    Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!»

    38:72
  13. فَسَجَدَ الْمَلَائِكَةُ كُلُّهُمْ أَجْمَعُونَ

    Mələklərin hamısı birlikdə səcdə etdi,

    38:73
  14. إِلَّا إِبْلِيسَ اسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ

    yalnız İblisdən başqa! O təkəbbür göstərdi və kafirlərdən oldu.

    38:74
  15. قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَنْ تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَيَّ ۖ أَسْتَكْبَرْتَ أَمْ كُنْتَ مِنَ الْعَالِينَ

    (Allah) buyurdu: «Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nədir? Təkəbbür göstərdin, yoxsa özünü yüksək tutdun?»

    38:75
  16. قَالَ أَنَا خَيْرٌ مِنْهُ ۖ خَلَقْتَنِي مِنْ نَارٍ وَخَلَقْتَهُ مِنْ طِينٍ

    (İblis) dedi: «Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!»

    38:76
  17. قَالَ فَاخْرُجْ مِنْهَا فَإِنَّكَ رَجِيمٌ

    (Allah) buyurdu: «Çıx oradan! Sən artıq (rəhmətimdən) qovulmuşsan!

    38:77
  18. وَإِنَّ عَلَيْكَ لَعْنَتِي إِلَىٰ يَوْمِ الدِّينِ

    Din gününə qədər lənətim sənin üzərində olacaqdır!»

    38:78
  19. قَالَ رَبِّ فَأَنْظِرْنِي إِلَىٰ يَوْمِ يُبْعَثُونَ

    (İblis) dedi: «Ey Rəbbim! Onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver».

    38:79
  20. قَالَ فَإِنَّكَ مِنَ الْمُنْظَرِينَ

    (Allah) buyurdu: «Sən möhlət verilənlərdənsən –

    38:80

Tərcümə: Əlixan Musayev