Surə 53 Ən-Nəcm (Nəcm)

  1. ثُمَّ يُجْزَاهُ الْجَزَاءَ الْأَوْفَىٰ

    Sonra da ona (bunun) əvəzi tam veriləcək!»

    53:41
  2. وَأَنَّ إِلَىٰ رَبِّكَ الْمُنْتَهَىٰ

    Son dönüş sənin Rəbbinədir.

    53:42
  3. وَأَنَّهُ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ

    Güldürən də, ağladan da Odur!

    53:43
  4. وَأَنَّهُ هُوَ أَمَاتَ وَأَحْيَا

    Öldürən də, dirildən də Odur!

    53:44
  5. وَأَنَّهُ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنْثَىٰ

    O, (insanlardan və heyvanlardan) biri erkək və biri də dişi olmaqla iki cüt yaratdı –

    53:45
  6. مِنْ نُطْفَةٍ إِذَا تُمْنَىٰ

    axıdılan bir nütfədən.

    53:46
  7. وَأَنَّ عَلَيْهِ النَّشْأَةَ الْأُخْرَىٰ

    Təkrar diriltmək də Ona aiddir.

    53:47
  8. وَأَنَّهُ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ

    Dövlətli edən də, kasıb edən də Odur.

    53:48
  9. وَأَنَّهُ هُوَ رَبُّ الشِّعْرَىٰ

    Şira ulduzunun da Rəbbi Odur.

    53:49
  10. وَأَنَّهُ أَهْلَكَ عَادًا الْأُولَىٰ

    O, əvvəlki Ad (tayfasını) məhv etdi.

    53:50
  11. وَثَمُودَ فَمَا أَبْقَىٰ

    Səmudu da (məhv edib onlardan heç kəsi) sağ buraxmadı.

    53:51
  12. وَقَوْمَ نُوحٍ مِنْ قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَىٰ

    Daha öncə Nuh qövmünü də (məhv etdi,) çünki onlar daha zalım, daha azğın kimsələr idi.

    53:52
  13. وَالْمُؤْتَفِكَةَ أَهْوَىٰ

    Alt-üst olmuş kəndləri də O, viran qoydu.

    53:53
  14. فَغَشَّاهَا مَا غَشَّىٰ

    Onların başına gətirdiyini gətirdi.

    53:54
  15. فَبِأَيِّ آلَاءِ رَبِّكَ تَتَمَارَىٰ

    Sən öz Rəbbinin hansı nemətlərinə şübhə edirsən?

    53:55
  16. هَٰذَا نَذِيرٌ مِنَ النُّذُرِ الْأُولَىٰ

    Bu da əvvəlki qorxudan (peyğəmbərlər) kimi bir qorxudandır.

    53:56
  17. أَزِفَتِ الْآزِفَةُ

    Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı.

    53:57
  18. لَيْسَ لَهَا مِنْ دُونِ اللَّهِ كَاشِفَةٌ

    Allahdan başqa heç kəs onun qarşısını ala bilməz.

    53:58
  19. أَفَمِنْ هَٰذَا الْحَدِيثِ تَعْجَبُونَ

    Yoxsa siz bu sözə təəccüb edirsiniz?!

    53:59
  20. وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ

    Gülürsünüz, heç ağlamırsınız!

    53:60

Tərcümə: Əlixan Musayev