Surə 55 Ər-Rahmən (Rahmən)

  1. يُعْرَفُ الْمُجْرِمُونَ بِسِيمَاهُمْ فَيُؤْخَذُ بِالنَّوَاصِي وَالْأَقْدَامِ

    Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar.

    55:41
  2. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

    55:42
  3. هَٰذِهِ جَهَنَّمُ الَّتِي يُكَذِّبُ بِهَا الْمُجْرِمُونَ

    Budur günahkarların yalan hesab etdikləri Cəhənnəm!

    55:43
  4. يَطُوفُونَ بَيْنَهَا وَبَيْنَ حَمِيمٍ آنٍ

    Onlar onunla qaynar su arasında dolanacaqlar.

    55:44
  5. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

    55:45
  6. وَلِمَنْ خَافَ مَقَامَ رَبِّهِ جَنَّتَانِ

    Rəbbinin hüzurunda durmaqdan qorxanları iki cənnət gözləyir.

    55:46
  7. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

    55:47
  8. ذَوَاتَا أَفْنَانٍ

    İkisində də (növbənöv meyvələrlə dolu) budaqlar var.

    55:48
  9. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

    55:49
  10. فِيهِمَا عَيْنَانِ تَجْرِيَانِ

    İkisində də iki axar bulaq var.

    55:50
  11. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

    55:51
  12. فِيهِمَا مِنْ كُلِّ فَاكِهَةٍ زَوْجَانِ

    İkisində də hər meyvədən cüt-cüt vardır.

    55:52
  13. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

    55:53
  14. مُتَّكِئِينَ عَلَىٰ فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَقٍ ۚ وَجَنَى الْجَنَّتَيْنِ دَانٍ

    Onlar orada astarları atlazdan olan döşəklərə dirsəklənəcəklər. Hər iki cənnətin meyvələri onlara yaxın olacaq.

    55:54
  15. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

    55:55
  16. فِيهِنَّ قَاصِرَاتُ الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنْسٌ قَبْلَهُمْ وَلَا جَانٌّ

    Orada gözlərini (öz ərlərinə) dikmiş, onlardan əvvəl özlərinə heç bir insan və cin toxunmamış qızlar vardır.

    55:56
  17. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

    55:57
  18. كَأَنَّهُنَّ الْيَاقُوتُ وَالْمَرْجَانُ

    Onlar sanki yaqut və mərcandırlar.

    55:58
  19. فَبِأَيِّ آلَاءِ رَبِّكُمَا تُكَذِّبَانِ

    Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız?

    55:59
  20. هَلْ جَزَاءُ الْإِحْسَانِ إِلَّا الْإِحْسَانُ

    Yaxşılığın əvəzi ancaq yaxşılıq deyilmi?!

    55:60

Tərcümə: Əlixan Musayev