Surə 56 Əl-Vaqiə (Vaqiə), ayə 11 – 38

  1. أُولَٰئِكَ الْمُقَرَّبُونَ

    Onlar (Allaha) yaxın olanlar,

    56:11
  2. فِي جَنَّاتِ النَّعِيمِ

    Nəim cənnətlərində (qalacaq kimsələrdir).

    56:12
  3. ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ

    Onların bir qismi əvvəlki ümmətlərlərdən,

    56:13
  4. وَقَلِيلٌ مِنَ الْآخِرِينَ

    az bir qismi də axırıncılardandır.

    56:14
  5. عَلَىٰ سُرُرٍ مَوْضُونَةٍ

    (Onlar) bəzənmiş taxtlar üstündə

    56:15
  6. مُتَّكِئِينَ عَلَيْهَا مُتَقَابِلِينَ

    qarşı-qarşıya əyləşib dirsəklənəcəklər.

    56:16
  7. يَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُخَلَّدُونَ

    Onların ətrafında həmişəcavan (xidmətçi) oğlanlar fırlanacaqlar –

    56:17
  8. بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِنْ مَعِينٍ

    çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə –

    56:18
  9. لَا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنْزِفُونَ

    ondan başları ağrımaz və məst olmazlar,

    56:19
  10. وَفَاكِهَةٍ مِمَّا يَتَخَيَّرُونَ

    bəyənib seçdikləri meyvələr

    56:20
  11. وَلَحْمِ طَيْرٍ مِمَّا يَشْتَهُونَ

    və istədikləri quş əti ilə (hərlənəcəklər).

    56:21
  12. وَحُورٌ عِينٌ

    (Onları) iri qara gözlü hurilər gözləyir –

    56:22
  13. كَأَمْثَالِ اللُّؤْلُؤِ الْمَكْنُونِ

    (sədəf içində) saxlanılmış mirvariyə bənzər (hurilər).

    56:23
  14. جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ

    (Bu,) onların etdikləri əməllərin mükafatı olacaq.

    56:24
  15. لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا

    Onlar orada nə boş söz, nə də günaha səbəb olan söhbət eşidəcəklər.

    56:25
  16. إِلَّا قِيلًا سَلَامًا سَلَامًا

    Ancaq: «Salam! Salam!» – sözləri (eşidəcəklər).

    56:26
  17. وَأَصْحَابُ الْيَمِينِ مَا أَصْحَابُ الْيَمِينِ

    Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!

    56:27
  18. فِي سِدْرٍ مَخْضُودٍ

    (Onlar) tikansız sidr ağacları arasında,

    56:28
  19. وَطَلْحٍ مَنْضُودٍ

    habelə, meyvələri salxım-salxım asılmış banan ağacları arasında,

    56:29
  20. وَظِلٍّ مَمْدُودٍ

    uzanmış kölgəliklərdə,

    56:30
  21. وَمَاءٍ مَسْكُوبٍ

    daim axan sular kənarında,

    56:31
  22. وَفَاكِهَةٍ كَثِيرَةٍ

    çoxlu meyvələr –

    56:32
  23. لَا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ

    tükənməz və qadağan edilməyən (meyvələr) içində

    56:33
  24. وَفُرُشٍ مَرْفُوعَةٍ

    və hündür döşəklər üstündə olacaqlar.

    56:34
  25. إِنَّا أَنْشَأْنَاهُنَّ إِنْشَاءً

    Biz (Cənnətdəki) qadınları yeni biçimdə yaradacağıq.

    56:35
  26. فَجَعَلْنَاهُنَّ أَبْكَارًا

    Onları bakirə qızlar edəcəyik –

    56:36
  27. عُرُبًا أَتْرَابًا

    ərlərini sevən, həmyaşıdlar.

    56:37
  28. لِأَصْحَابِ الْيَمِينِ

    (Bunlar) sağ tərəf sahibləri üçündür.

    56:38

Tərcümə: Əlixan Musayev