Surə 60 Əl-Mumtəhənə (Mumtəhənə), ayə 4
-
قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ إِذْ قَالُوا لِقَوْمِهِمْ إِنَّا بُرَآءُ مِنْكُمْ وَمِمَّا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاءُ أَبَدًا حَتَّىٰ تُؤْمِنُوا بِاللَّهِ وَحْدَهُ إِلَّا قَوْلَ إِبْرَاهِيمَ لِأَبِيهِ لَأَسْتَغْفِرَنَّ لَكَ وَمَا أَمْلِكُ لَكَ مِنَ اللَّهِ مِنْ شَيْءٍ ۖ رَبَّنَا عَلَيْكَ تَوَكَّلْنَا وَإِلَيْكَ أَنَبْنَا وَإِلَيْكَ الْمَصِيرُ
İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə var. Onlar öz qövmünə dedilər: «Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz tək olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaq!» Yalnız İbrahimin öz atasına: «Mən sənin üçün mütləq bağışlanma diləyəcəm. Lakin Allahdan sənə gələn (əzabı) dəf edə bilməyəcəm!» – deməsi istisnadır. (Onlar dedilər): «Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir.
60:4
Tərcümə: Əlixan Musayev