Surə 68 Əl-Qaləm (Qaləm)

  1. فَتَنَادَوْا مُصْبِحِينَ

    Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar:

    68:21
  2. أَنِ اغْدُوا عَلَىٰ حَرْثِكُمْ إِنْ كُنْتُمْ صَارِمِينَ

    «Əgər (meyvə) dərəcəksinizsə, bağınıza erkən gedin!»

    68:22
  3. فَانْطَلَقُوا وَهُمْ يَتَخَافَتُونَ

    Onlar (bağa) yollandılar, (yol boyu da) bir-birlərinə (belə) pıçıldayırdılar:

    68:23
  4. أَنْ لَا يَدْخُلَنَّهَا الْيَوْمَ عَلَيْكُمْ مِسْكِينٌ

    «Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!»

    68:24
  5. وَغَدَوْا عَلَىٰ حَرْدٍ قَادِرِينَ

    Onlar bu məqsədlə (kasıbları bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər.

    68:25
  6. فَلَمَّا رَأَوْهَا قَالُوا إِنَّا لَضَالُّونَ

    (Bağı) görəndə isə (belə) dedilər: «Deyəsən, biz düz gəlməmişik!

    68:26
  7. بَلْ نَحْنُ مَحْرُومُونَ

    Xeyr! Biz (bu bağın xeyrindən) məhrum olmuşuq!»

    68:27
  8. قَالَ أَوْسَطُهُمْ أَلَمْ أَقُلْ لَكُمْ لَوْلَا تُسَبِّحُونَ

    Onların ən insaflısı dedi: «Məgər mən sizə (Allahın şəninə) təriflər söyləyin demədimmi?»

    68:28
  9. قَالُوا سُبْحَانَ رَبِّنَا إِنَّا كُنَّا ظَالِمِينَ

    Onlar dedilər: «Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!»

    68:29
  10. فَأَقْبَلَ بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ يَتَلَاوَمُونَ

    Onlar dönüb bir-birlərini qınamağa başladılar

    68:30
  11. قَالُوا يَا وَيْلَنَا إِنَّا كُنَّا طَاغِينَ

    (və) dedilər: «Vay halımıza! Biz həddi aşanlarıq!

    68:31
  12. عَسَىٰ رَبُّنَا أَنْ يُبْدِلَنَا خَيْرًا مِنْهَا إِنَّا إِلَىٰ رَبِّنَا رَاغِبُونَ

    Ola bilsin ki, Rəbbimiz bizə (bu bağın) əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik».

    68:32
  13. كَذَٰلِكَ الْعَذَابُ ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَكْبَرُ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ

    (Dünyadakı) əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər!

    68:33
  14. إِنَّ لِلْمُتَّقِينَ عِنْدَ رَبِّهِمْ جَنَّاتِ النَّعِيمِ

    Şübhəsiz ki, müttəqilər üçün Rəbbi yanında Nəim cənnətləri hazırlanmışdır.

    68:34
  15. أَفَنَجْعَلُ الْمُسْلِمِينَ كَالْمُجْرِمِينَ

    Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?!

    68:35
  16. مَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ

    Sizə nə olub, necə hökm verirsiniz?!

    68:36
  17. أَمْ لَكُمْ كِتَابٌ فِيهِ تَدْرُسُونَ

    Yoxsa sizin elə bir kitabınız var ki, (üsyankarla itaətkarın eyni olduğunu) ondan oxuyursunuz?!

    68:37
  18. إِنَّ لَكُمْ فِيهِ لَمَا تَخَيَّرُونَ

    (Ya da) onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı (yazılmışdır)?!

    68:38
  19. أَمْ لَكُمْ أَيْمَانٌ عَلَيْنَا بَالِغَةٌ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ ۙ إِنَّ لَكُمْ لَمَا تَحْكُمُونَ

    Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaq?!

    68:39
  20. سَلْهُمْ أَيُّهُمْ بِذَٰلِكَ زَعِيمٌ

    Onlardan soruş ki, kim buna zamin duracaq?

    68:40

Tərcümə: Əlixan Musayev