Surə 68 Əl-Qaləm (Qaləm)

  1. أَمْ لَهُمْ شُرَكَاءُ فَلْيَأْتُوا بِشُرَكَائِهِمْ إِنْ كَانُوا صَادِقِينَ

    Yoxsa onların şərikləri var? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər.

    68:41
  2. يَوْمَ يُكْشَفُ عَنْ سَاقٍ وَيُدْعَوْنَ إِلَى السُّجُودِ فَلَا يَسْتَطِيعُونَ

    Baldır açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin (buna) qadir ola bilməyəcəkləri gün –

    68:42
  3. خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۖ وَقَدْ كَانُوا يُدْعَوْنَ إِلَى السُّجُودِ وَهُمْ سَالِمُونَ

    onların baxışları zəlil görkəm alacaq, özlərini də zillət bürüyəcək. Hərçənd ki, onlar (dünyada) ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular.

    68:43
  4. فَذَرْنِي وَمَنْ يُكَذِّبُ بِهَٰذَا الْحَدِيثِ ۖ سَنَسْتَدْرِجُهُمْ مِنْ حَيْثُ لَا يَعْلَمُونَ

    Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları bilmədikləri bir yöndən tədricən (əzaba) sürükləyirik.

    68:44
  5. وَأُمْلِي لَهُمْ ۚ إِنَّ كَيْدِي مَتِينٌ

    (Hələlik) Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim (kafirlər üçün qurduğum) hiyləm çox güclüdür.

    68:45
  6. أَمْ تَسْأَلُهُمْ أَجْرًا فَهُمْ مِنْ مَغْرَمٍ مُثْقَلُونَ

    Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər?!

    68:46
  7. أَمْ عِنْدَهُمُ الْغَيْبُ فَهُمْ يَكْتُبُونَ

    Yoxsa qeyb onların əlindədir və onlar da (ona baxıb istədiklərini) yazırlar?!

    68:47
  8. فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تَكُنْ كَصَاحِبِ الْحُوتِ إِذْ نَادَىٰ وَهُوَ مَكْظُومٌ

    Sən öz Rəbbinin hökmünə səbir et və balıq sahibi (Yunus) kimi olma! O zaman o, qəm-qüssə içində (Rəbbinə) dua etmişdi.

    68:48
  9. لَوْلَا أَنْ تَدَارَكَهُ نِعْمَةٌ مِنْ رَبِّهِ لَنُبِذَ بِالْعَرَاءِ وَهُوَ مَذْمُومٌ

    Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda (heç bir bitki bitməyən) boş yerə atılacaqdı.

    68:49
  10. فَاجْتَبَاهُ رَبُّهُ فَجَعَلَهُ مِنَ الصَّالِحِينَ

    Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi.

    68:50
  11. وَإِنْ يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ إِنَّهُ لَمَجْنُونٌ

    Həqiqətən, kafirlər (bu) Zikri eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar (çarəsizlikdən): «O, dəlidir!» – deyirlər.

    68:51
  12. وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ

    Halbuki bu (Quran) aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyil.

    68:52

Tərcümə: Əlixan Musayev