Surə 92 Əl-Leyl (Leyl), ayə 1 – 21

  1. وَاللَّيْلِ إِذَا يَغْشَىٰ

    And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə!

    92:1
  2. وَالنَّهَارِ إِذَا تَجَلَّىٰ

    And olsun (günəşin çıxması ilə) aydınlaşan gündüzə!

    92:2
  3. وَمَا خَلَقَ الذَّكَرَ وَالْأُنْثَىٰ

    And olsun kişini və qadını yaradana!

    92:3
  4. إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ

    Sizin can atdıqlarınız başqa-başqadır.

    92:4
  5. فَأَمَّا مَنْ أَعْطَىٰ وَاتَّقَىٰ

    Kim (haqqını) verir və (Allahdan) qorxursa,

    92:5
  6. وَصَدَّقَ بِالْحُسْنَىٰ

    və ən gözəl olan («lə ilahə illəllah» kəlməsini) təsdiq edirsə,

    92:6
  7. فَسَنُيَسِّرُهُ لِلْيُسْرَىٰ

    Biz onu ən asan olana nail edəcəyik.

    92:7
  8. وَأَمَّا مَنْ بَخِلَ وَاسْتَغْنَىٰ

    Kim də xəsislik edərək (Rəbbinə) ehtiyacı olmadığını güman edirsə

    92:8
  9. وَكَذَّبَ بِالْحُسْنَىٰ

    və ən gözəl olan («lə ilahə illəllah» kəlməsini) yalan hesab edirsə,

    92:9
  10. فَسَنُيَسِّرُهُ لِلْعُسْرَىٰ

    Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.

    92:10
  11. وَمَا يُغْنِي عَنْهُ مَالُهُ إِذَا تَرَدَّىٰ

    (Cəhənnəmə) düşdükdə var-dövləti ona fayda verməyəcək.

    92:11
  12. إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ

    Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.

    92:12
  13. وَإِنَّ لَنَا لَلْآخِرَةَ وَالْأُولَىٰ

    Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir.

    92:13
  14. فَأَنْذَرْتُكُمْ نَارًا تَلَظَّىٰ

    Mən sizi alov saçan bir odla qorxutdum.

    92:14
  15. لَا يَصْلَاهَا إِلَّا الْأَشْقَى

    Ona ancaq ən bədbəxt kimsə girər.

    92:15
  16. الَّذِي كَذَّبَ وَتَوَلَّىٰ

    O kimsə ki, (haqqı) yalan sayır və (ondan) üz döndərir.

    92:16
  17. وَسَيُجَنَّبُهَا الْأَتْقَى

    (Allahdan) ən çox qorxan isə o (Oddan) uzaqlaşdırılar.

    92:17
  18. الَّذِي يُؤْتِي مَالَهُ يَتَزَكَّىٰ

    O kimsə ki, malını (Allah yolunda) verir, (günahlardan) təmizlənir.

    92:18
  19. وَمَا لِأَحَدٍ عِنْدَهُ مِنْ نِعْمَةٍ تُجْزَىٰ

    Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz.

    92:19
  20. إِلَّا ابْتِغَاءَ وَجْهِ رَبِّهِ الْأَعْلَىٰ

    (O bunu) ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən [ixlasla] (edər).

    92:20
  21. وَلَسَوْفَ يَرْضَىٰ

    O, mütləq razı qalacaqdır!

    92:21

Tərcümə: Əlixan Musayev