Mushaf, səhifə 129

  1. وَلَوْ جَعَلْنَاهُ مَلَكًا لَجَعَلْنَاهُ رَجُلًا وَلَلَبَسْنَا عَلَيْهِمْ مَا يَلْبِسُونَ

    Əgər biz (peyğəmbəri) mələk etsəydik, əlbəttə, onu kişi surətində göndərər və onları bir daha düşdükləri şübhəyə salardıq.

    6:9
  2. وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

    Əlbəttə, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Lakin istehza edənləri, istehza etdikləri (əzab) şey (hər tərəfdən) bürüdü.

    6:10
  3. قُلْ سِيرُوا فِي الْأَرْضِ ثُمَّ انْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ

    De: «Yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə oldu».

    6:11
  4. قُلْ لِمَنْ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قُلْ لِلَّهِ ۚ كَتَبَ عَلَىٰ نَفْسِهِ الرَّحْمَةَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ ۚ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فَهُمْ لَا يُؤْمِنُونَ

    De: «Göylərdə və yerdə olanlar kimə məxsusdur?» De: «Allaha məxsusdur!» (Allah) (yaratdıqlarına qarşı) rəhmli olmağı Özünə vacib etmişdir. (Gələcəyinə) şübhə edilməyən Qiyamət günündə sizi (bir yerə) O toplayacaqdır. Özlərini ziyana uğradanlar gəldikdə isə, onlar iman gətirməzlər.

    6:12
  5. وَلَهُ مَا سَكَنَ فِي اللَّيْلِ وَالنَّهَارِ ۚ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

    Gecədə və gündüzdə mövcud olanların hamısı Onundur. O, Eşidəndir, Biləndir.

    6:13
  6. قُلْ أَغَيْرَ اللَّهِ أَتَّخِذُ وَلِيًّا فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَهُوَ يُطْعِمُ وَلَا يُطْعَمُ ۗ قُلْ إِنِّي أُمِرْتُ أَنْ أَكُونَ أَوَّلَ مَنْ أَسْلَمَ ۖ وَلَا تَكُونَنَّ مِنَ الْمُشْرِكِينَ

    De: «Göyləri və yeri yaradan, (hamını) yedirdiyi halda, Özü yedirilməyən Allahdan başqasınımı dost tutacağam?» De: «Mənə müsəlman olanların ilki olmaq əmr edildi və müşriklərdən olma [deyildi].»

    6:14
  7. قُلْ إِنِّي أَخَافُ إِنْ عَصَيْتُ رَبِّي عَذَابَ يَوْمٍ عَظِيمٍ

    De: «Əgər Rəbbimə asi olsam, əzəmətli günün əzabından qorxaram.»

    6:15
  8. مَنْ يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ ۚ وَذَٰلِكَ الْفَوْزُ الْمُبِينُ

    O gün kim əzabdan qurtularsa, həqiqətən, (Allah) ona rəhm etmişdir. Açıq-aydın qurtuluş da budur.

    6:16
  9. وَإِنْ يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ ۖ وَإِنْ يَمْسَسْكَ بِخَيْرٍ فَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

    Əgər Allah sənə bir zərər toxundursa, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Və əgər sənə bir xeyir yetirsə, (heç kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir.

    6:17
  10. وَهُوَ الْقَاهِرُ فَوْقَ عِبَادِهِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ

    O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Hikmət sahibidir, (hər şeydən) Xəbərdardır.

    6:18

Tərcümə: Əlixan Musayev