Mushaf, səhifə 367

  1. طسم

    Ta. Sin. Mim.

    26:1
  2. تِلْكَ آيَاتُ الْكِتَابِ الْمُبِينِ

    Bunlar aydın Kitabın ayələridir.

    26:2
  3. لَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ أَلَّا يَكُونُوا مُؤْمِنِينَ

    Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?

    26:3
  4. إِنْ نَشَأْ نُنَزِّلْ عَلَيْهِمْ مِنَ السَّمَاءِ آيَةً فَظَلَّتْ أَعْنَاقُهُمْ لَهَا خَاضِعِينَ

    Biz istəsəydik, göydən onlara elə bir əlamət göndərərdik ki, onun önündə başları itaətkarlıqla əyilərdi.

    26:4
  5. وَمَا يَأْتِيهِمْ مِنْ ذِكْرٍ مِنَ الرَّحْمَٰنِ مُحْدَثٍ إِلَّا كَانُوا عَنْهُ مُعْرِضِينَ

    Mərhəmətli (Allahdan) onlara elə bir ayə gəlməz ki, ondan üz çevirməsinlər.

    26:5
  6. فَقَدْ كَذَّبُوا فَسَيَأْتِيهِمْ أَنْبَاءُ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ

    Onlar (ayələri) uydurma saydılar. Məsxərəyə qoyduqlarının xəbəri onlara yetişəcək.

    26:6
  7. أَوَلَمْ يَرَوْا إِلَى الْأَرْضِ كَمْ أَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ كَرِيمٍ

    Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlər?

    26:7
  8. إِنَّ فِي ذَٰلِكَ لَآيَةً ۖ وَمَا كَانَ أَكْثَرُهُمْ مُؤْمِنِينَ

    Həqiqətən də, bunda bir əlamət var. Lakin onların əksəriyyəti mömin olmadı.

    26:8
  9. وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ

    Bəli, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir.

    26:9
  10. وَإِذْ نَادَىٰ رَبُّكَ مُوسَىٰ أَنِ ائْتِ الْقَوْمَ الظَّالِمِينَ

    Bir zaman Rəbbin Musaya demişdi: «Get o zalım qövmün –

    26:10
  11. قَوْمَ فِرْعَوْنَ ۚ أَلَا يَتَّقُونَ

    Firon xalqının yanına! Onlar qorxmurlarmı?»

    26:11
  12. قَالَ رَبِّ إِنِّي أَخَافُ أَنْ يُكَذِّبُونِ

    (Musa) dedi: «Ey Rəbbim! Qorxuram ki, onlar məni yalançı hesab edələr,

    26:12
  13. وَيَضِيقُ صَدْرِي وَلَا يَنْطَلِقُ لِسَانِي فَأَرْسِلْ إِلَىٰ هَارُونَ

    (belə olduqda) ürəyim sıxılar, dilim də söz tutmaz. Buna görə Haruna da (vəhy) göndər.

    26:13
  14. وَلَهُمْ عَلَيَّ ذَنْبٌ فَأَخَافُ أَنْ يَقْتُلُونِ

    Onların məndən əvəzini çıxmaq istədikləri bir günahım da var. Buna görə məni öldürəcəklərindən qorxuram».

    26:14
  15. قَالَ كَلَّا ۖ فَاذْهَبَا بِآيَاتِنَا ۖ إِنَّا مَعَكُمْ مُسْتَمِعُونَ

    (Allah) dedi: «Xeyr, (bu mümkün deyil)! İkiniz də möcüzələrimizlə (onların yanına) gedin! Şübhəsiz ki, Biz də sizinləyik, (hər şeyi) eşidirik.

    26:15
  16. فَأْتِيَا فِرْعَوْنَ فَقُولَا إِنَّا رَسُولُ رَبِّ الْعَالَمِينَ

    Fironun yanına gedib deyin: «Biz aləmlərin Rəbbinin elçiləriyik!

    26:16
  17. أَنْ أَرْسِلْ مَعَنَا بَنِي إِسْرَائِيلَ

    İsrail oğullarını bizimlə göndər!»

    26:17
  18. قَالَ أَلَمْ نُرَبِّكَ فِينَا وَلِيدًا وَلَبِثْتَ فِينَا مِنْ عُمُرِكَ سِنِينَ

    (Firon) dedi: «Biz səni körpə ikən (himayəmizə alıb) böyütmədikmi? Sən ömrünün bəzi illərini bizimlə yaşamadınmı?

    26:18
  19. وَفَعَلْتَ فَعْلَتَكَ الَّتِي فَعَلْتَ وَأَنْتَ مِنَ الْكَافِرِينَ

    Elədiyin (pis) əməli də elədin. (Doğrudan da,) sən bir nankorsan!»

    26:19

Tərcümə: Əlixan Musayev