Mushaf, səhifə 368

  1. قَالَ فَعَلْتُهَا إِذًا وَأَنَا مِنَ الضَّالِّينَ

    (Musa) dedi: «Mən onu edəndə nadan olmuşam.

    26:20
  2. فَفَرَرْتُ مِنْكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِي رَبِّي حُكْمًا وَجَعَلَنِي مِنَ الْمُرْسَلِينَ

    Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq verdi və məni elçilərdən etdi.

    26:21
  3. وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَيَّ أَنْ عَبَّدْتَ بَنِي إِسْرَائِيلَ

    Başıma qaxdığın o nemətin də İsrail oğullarını özünə kölə etməyindir».

    26:22
  4. قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ الْعَالَمِينَ

    Firon dedi: «Aləmlərin Rəbbi nədir?»

    26:23
  5. قَالَ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ إِنْ كُنْتُمْ مُوقِنِينَ

    (Musa) dedi: «Əgər yəqinliklə inanırsınızsa, (bilin ki,) O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!»

    26:24
  6. قَالَ لِمَنْ حَوْلَهُ أَلَا تَسْتَمِعُونَ

    Firon ətrafındakılara dedi: «(Onun nə danışdığını) eşitmirsinizmi?»

    26:25
  7. قَالَ رَبُّكُمْ وَرَبُّ آبَائِكُمُ الْأَوَّلِينَ

    (Musa) dedi: «O sizin də, ulu babalarınızın da Rəbbidir!»

    26:26
  8. قَالَ إِنَّ رَسُولَكُمُ الَّذِي أُرْسِلَ إِلَيْكُمْ لَمَجْنُونٌ

    (Firon) dedi: «Sizə göndərilmiş bu elçi, sözsüz ki, dəlidir!»

    26:27
  9. قَالَ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَيْنَهُمَا ۖ إِنْ كُنْتُمْ تَعْقِلُونَ

    (Musa) dedi: «Əgər anlayırsınızsa, (bilin ki,) O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!»

    26:28
  10. قَالَ لَئِنِ اتَّخَذْتَ إِلَٰهًا غَيْرِي لَأَجْعَلَنَّكَ مِنَ الْمَسْجُونِينَ

    (Firon) dedi: «Əgər məndən başqasına sitayiş etsən, səni məhbusların yanına ataram!»

    26:29
  11. قَالَ أَوَلَوْ جِئْتُكَ بِشَيْءٍ مُبِينٍ

    (Musa) dedi: «Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?»

    26:30
  12. قَالَ فَأْتِ بِهِ إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ

    (Firon) dedi: «Əgər doğru danışanlardansansa, göstər onu!»

    26:31
  13. فَأَلْقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعْبَانٌ مُبِينٌ

    (Musa) əsasını (yerə) atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çevrildi.

    26:32
  14. وَنَزَعَ يَدَهُ فَإِذَا هِيَ بَيْضَاءُ لِلنَّاظِرِينَ

    Əlini (qoynundan) çıxardan kimi o, baxanların (gözü qabağında) ağappaq (nur saçan bir əl) oldu.

    26:33
  15. قَالَ لِلْمَلَإِ حَوْلَهُ إِنَّ هَٰذَا لَسَاحِرٌ عَلِيمٌ

    (Firon) ətrafındakı zadəganlara dedi: «Həqiqətən də, bu, bilikli bir sehrbazdır!

    26:34
  16. يُرِيدُ أَنْ يُخْرِجَكُمْ مِنْ أَرْضِكُمْ بِسِحْرِهِ فَمَاذَا تَأْمُرُونَ

    O öz sehri ilə sizi torpağınızdan çıxartmaq istəyir. Nə təklif edirsiniz?»

    26:35
  17. قَالُوا أَرْجِهْ وَأَخَاهُ وَابْعَثْ فِي الْمَدَائِنِ حَاشِرِينَ

    Onlar dedilər: «Onu qardaşı ilə bir qədər gözlət və şəhərlərə (adam) yığanlar göndər ki,

    26:36
  18. يَأْتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٍ

    bütün bilikli sehrbazları sənin yanına gətirsinlər».

    26:37
  19. فَجُمِعَ السَّحَرَةُ لِمِيقَاتِ يَوْمٍ مَعْلُومٍ

    Beləliklə, sehrbazlar bəlli bir günün müəyyən edilmiş vaxtında toplandılar.

    26:38
  20. وَقِيلَ لِلنَّاسِ هَلْ أَنْتُمْ مُجْتَمِعُونَ

    Camaata deyildi: «Siz də yığışırsınızmı?

    26:39

Tərcümə: Əlixan Musayev