Mushaf, səhifə 567

  1. وَجَاءَ فِرْعَوْنُ وَمَنْ قَبْلَهُ وَالْمُؤْتَفِكَاتُ بِالْخَاطِئَةِ

    Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər [Lut qövmü] də günah işlətmişdilər.

    69:9
  2. فَعَصَوْا رَسُولَ رَبِّهِمْ فَأَخَذَهُمْ أَخْذَةً رَابِيَةً

    Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları (şiddəti) artan bir əzabla yaxaladı.

    69:10
  3. إِنَّا لَمَّا طَغَى الْمَاءُ حَمَلْنَاكُمْ فِي الْجَارِيَةِ

    Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşıdıq.

    69:11
  4. لِنَجْعَلَهَا لَكُمْ تَذْكِرَةً وَتَعِيَهَا أُذُنٌ وَاعِيَةٌ

    Sizə bir xatırlatma olsun və yadda saxlayan qulaqlar onu yadda saxlasın deyə (belə) etdik.

    69:12
  5. فَإِذَا نُفِخَ فِي الصُّورِ نَفْخَةٌ وَاحِدَةٌ

    Sur bircə dəfə üfürüləcəyi,

    69:13
  6. وَحُمِلَتِ الْأَرْضُ وَالْجِبَالُ فَدُكَّتَا دَكَّةً وَاحِدَةً

    yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı zaman –

    69:14
  7. فَيَوْمَئِذٍ وَقَعَتِ الْوَاقِعَةُ

    həmin gün Vaqiə qopacaq.

    69:15
  8. وَانْشَقَّتِ السَّمَاءُ فَهِيَ يَوْمَئِذٍ وَاهِيَةٌ

    Göy yarılacaq və həmin gün o, süst olacaqdır.

    69:16
  9. وَالْمَلَكُ عَلَىٰ أَرْجَائِهَا ۚ وَيَحْمِلُ عَرْشَ رَبِّكَ فَوْقَهُمْ يَوْمَئِذٍ ثَمَانِيَةٌ

    Mələklər isə onun ətrafında olacaqlar. O gün sənin Rəbbinin Ərşini səkkiz (mələk) daşıyacaq.

    69:17
  10. يَوْمَئِذٍ تُعْرَضُونَ لَا تَخْفَىٰ مِنْكُمْ خَافِيَةٌ

    O gün siz (məhşərə) gətiriləcəksiniz və heç bir sirriniz gizlədilməyəcək.

    69:18
  11. فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَيَقُولُ هَاؤُمُ اقْرَءُوا كِتَابِيَهْ

    Kitabı sağ əlinə verilən kimsə deyəcək: «Budur, oxuyun kitabımı!

    69:19
  12. إِنِّي ظَنَنْتُ أَنِّي مُلَاقٍ حِسَابِيَهْ

    Mən bilirdim ki, etdiklərimin hesabına qovuşacağam».

    69:20
  13. فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ

    O, xoşbəxt həyat sürəcək –

    69:21
  14. فِي جَنَّةٍ عَالِيَةٍ

    uca bir Cənnətdə –

    69:22
  15. قُطُوفُهَا دَانِيَةٌ

    (elə bir Cənnətdə ki,) onun meyvələri lap yaxınlıqda olacaq.

    69:23
  16. كُلُوا وَاشْرَبُوا هَنِيئًا بِمَا أَسْلَفْتُمْ فِي الْأَيَّامِ الْخَالِيَةِ

    (Onlara): «Keçmiş günlərdə etdiyiniz əməllərə görə nuşcanlıqla yeyin-için!» – (deyiləcək).

    69:24
  17. وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِشِمَالِهِ فَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُوتَ كِتَابِيَهْ

    Kitabı sol əlinə verilən kimsə isə deyəcək: «Kaş kitabım mənə verilməyəydi!

    69:25
  18. وَلَمْ أَدْرِ مَا حِسَابِيَهْ

    Hesabımdan da xəbərim olmayaydı!

    69:26
  19. يَا لَيْتَهَا كَانَتِ الْقَاضِيَةَ

    Kaş ilk ölümüm həmişəlik olaydı!

    69:27
  20. مَا أَغْنَىٰ عَنِّي مَالِيَهْ ۜ

    Var-dövlətim məni (əzabdan) qurtarmadı.

    69:28
  21. هَلَكَ عَنِّي سُلْطَانِيَهْ

    Hökmranlığım da məhv olub getdi».

    69:29
  22. خُذُوهُ فَغُلُّوهُ

    (Mələklərə deyiləcək): «Onu yaxalayıb zəncirləyin!

    69:30
  23. ثُمَّ الْجَحِيمَ صَلُّوهُ

    Sonra da Cəhənnəmə atın!

    69:31
  24. ثُمَّ فِي سِلْسِلَةٍ ذَرْعُهَا سَبْعُونَ ذِرَاعًا فَاسْلُكُوهُ

    Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun!

    69:32
  25. إِنَّهُ كَانَ لَا يُؤْمِنُ بِاللَّهِ الْعَظِيمِ

    Çünki o, Böyük Allaha iman gətirmirdi

    69:33
  26. وَلَا يَحُضُّ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ

    və (heç kəsi) kasıbı yedirtməyə rəğbətləndirmirdi.

    69:34

Tərcümə: Əlixan Musayev