Mushaf, səhifə 584

  1. إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى

    O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi:

    79:16
  2. اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ

    «Fironun yanına get! O, həddini çox aşmışdır.

    79:17
  3. فَقُلْ هَلْ لَكَ إِلَىٰ أَنْ تَزَكَّىٰ

    De: «(Günahlardan) xilas olmaq istəyirsənmi?

    79:18
  4. وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ

    Səni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən?»

    79:19
  5. فَأَرَاهُ الْآيَةَ الْكُبْرَىٰ

    (Musa) ən böyük möcüzəni (Firona) göstərdi.

    79:20
  6. فَكَذَّبَ وَعَصَىٰ

    O isə (haqqı) yalan sayıb asi oldu.

    79:21
  7. ثُمَّ أَدْبَرَ يَسْعَىٰ

    Sonra da üz döndərib (fəsad törətməyə) girişdi.

    79:22
  8. فَحَشَرَ فَنَادَىٰ

    O, (camaatını) toplayıb (onlara hündür səslə müraciət edərək)

    79:23
  9. فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ

    dedi: «Sizin ən uca rəbbiniz mənəm!»

    79:24
  10. فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَىٰ

    (Belə olduqda), Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.

    79:25
  11. إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِمَنْ يَخْشَىٰ

    Həqiqətən, bunda (Allahdan) qorxanlardan ötrü işarə var.

    79:26
  12. أَأَنْتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ ۚ بَنَاهَا

    Sizin yaradılışınız çətindir, yoxsa göyün? (Allah) onu qurdu,

    79:27
  13. رَفَعَ سَمْكَهَا فَسَوَّاهَا

    onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi,

    79:28
  14. وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَا

    gecəsini qaranlıq edib, səhərini də (nurlandırdı).

    79:29
  15. وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا

    Sonra yeri döşəyib,

    79:30
  16. أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَا

    onda su və otlaq yaratdı,

    79:31
  17. وَالْجِبَالَ أَرْسَاهَا

    dağları da yerə bərkitdi.

    79:32
  18. مَتَاعًا لَكُمْ وَلِأَنْعَامِكُمْ

    (Bunlar) sizin və mal-qaranızın faydalanmasından ötrüdür.

    79:33
  19. فَإِذَا جَاءَتِ الطَّامَّةُ الْكُبْرَىٰ

    Ən böyük fəlakətin gəldiyi zaman –

    79:34
  20. يَوْمَ يَتَذَكَّرُ الْإِنْسَانُ مَا سَعَىٰ

    o gün insan törətdiklərini xatırlayacaq.

    79:35
  21. وَبُرِّزَتِ الْجَحِيمُ لِمَنْ يَرَىٰ

    Cəhənnəm isə hər bir görən (adama) göstəriləcək.

    79:36
  22. فَأَمَّا مَنْ طَغَىٰ

    Kim həddi aşmışsa,

    79:37
  23. وَآثَرَ الْحَيَاةَ الدُّنْيَا

    dünya həyatını (axirətdən) üstün bilmişsə,

    79:38
  24. فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَىٰ

    şübhəsiz ki, (onun) gedəcəyi yer Cəhənnəmdir.

    79:39
  25. وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰ

    Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə,

    79:40
  26. فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰ

    həqiqətən, (onun) gedəcəyi yer Cənnətdir.

    79:41
  27. يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا

    Səndən (Qiyamət) saatı barəsində: «O nə vaxt qopacaq?» – (deyə) soruşurlar.

    79:42
  28. فِيمَ أَنْتَ مِنْ ذِكْرَاهَا

    Axı sən onu haradan biləsən?!

    79:43
  29. إِلَىٰ رَبِّكَ مُنْتَهَاهَا

    Onu kamil bilmək sənin Rəbbinə aiddir.

    79:44
  30. إِنَّمَا أَنْتَ مُنْذِرُ مَنْ يَخْشَاهَا

    Sən yalnız ondan qorxanı xəbərdar edənsən.

    79:45
  31. كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَا

    Onlar Qiyaməti gördükləri an (dünyada) yalnız bir axşam çağı, yaxud bir səhər qədər qaldıqlarını güman edəcəklər!

    79:46

Tərcümə: Əlixan Musayev